Magazin1
Xalq artisti pərəstişkarları üçün xoş sürpriz hazırlayacaq - VİDEO
Azərbaycanın xalq artisti Brilliant Dadaşova martın 3-də Heydər Əliyev Sarayında, ölkənin əsas səhnəsində çoxdan gözlənilən solo konserti ilə çıxış edəcək.
Publika.az xəbər verir ki, sarayın mətbuat xidmətindən verilən məlumata görə müğənni yeni və köhnə hitlərinin daxil olduğu proqramla çıxış etmək niyyətindədir. Təşkilatçılar konsertin bütün təfərrüatlarını hələlik açıqlamaq istəmir, çünki hazırlıqlar 2018-ci ildə başlanacaq. Hazırda müğənni yeni mahnılar yazdırmaqla məşğuldur.
Məlumat üçün bildirək ki, Brilliant Dadaşovanın musiqi karyerasına 1983-ci ildə bəstəkar Eldar Mansurovun mahnıları ilə başlayıb.O, Ümumdünya Gənclər Festivalında qələbəsindən sonra xalq mahnılarından ibarət albomunu buraxıb.
SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi ilə Dadaşova Rusiyada solo konsertlərlə çıxış edərək Azərbaycanı təmsil edən ilk müğənni olub. Müğənni efirdə az-az çıxış edir, çünki hesab edir ki, yaradıcılıqla məşğul olmaq daha yaxşıdır. Dadaşova sonuncu dəfə 4 il əvvəl konsert proqramı ilə çıxış edib.
Aytən
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı