İllərdir küsülü olan iki Xalq artisti Ajda Pekkanın konsertində üz-üzə gəldi - VİDEO
Bizi izləyin

Magazin1

İllərdir küsülü olan iki Xalq artisti Ajda Pekkanın konsertində üz-üzə gəldi - VİDEO

İllərdir küsülü olan Xalq artisti Aygün Kazımova ilə Zülfiyyə Xanbabayeva Ajda Pekkanın konsertində qarşılaşıb.

Publika.az xəbər verir ki, “Nargis” jurnalının 5 illiyi münasibətilə hazırda Heydər Əliyev Sarayının səhnəsində Ajda Pekkanın konserti keçirilir. Konsertin qonaqları arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Aygün Kazımova və Brilliant Dadaşova da olub. Maraqlısı odur ki, sənətçilərin oturacaqları ard-arda olsa da, Zülfiyyə Xanbabayeva ilə Aygün Kazımova salamlaşmayıb.

Gecə üçün bəyaz libas seçən Aygün Kazımova jurnalistlərə açıqlamasında bildirib ki, bu gecə Ajda Pekkanın mələyi olacaq. Xalq artisti Ajdaya olan heyranlığını da gizlətməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm