Əslən azərbaycanlı olan məşhur aktyor ikinci dəfə Bakıya gəldi - FOTO
Bizi izləyin

Magazin1

Əslən azərbaycanlı olan məşhur aktyor ikinci dəfə Bakıya gəldi - FOTO

Türkiyənin məhşur “Sinemanın kral və kraliçası”: 2-ci Sinema gözəli" yarışmasının Azərbaycan seçimləri başa çatıb. Qalibi müəyyən etmək üçün əslən azərbaycanlı olan Tamer Karadağlı, tanınmış aktrisa Vilma Elles və başqa məşhurlar Azərbaycana gəlib.

Publika.az xəbər verir ki, “Sinemanın Kral və Kraliçası:II Sinema Gözəli Yarışması” layihəsində paytaxt Bakı və bir çox regionlardan 14 qız və 30 oğlan iştirak edib. 3 saat davam edən yarışmada gənclərin səhnə mədəniyəti, intellektual səviyyələri və aktyorluq bacarıqları yoxlanılıb. Nəhayət sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanıb. Qalib 24 yaşlı Səhər Əkbər Lider Televiziyasına 5 ildir aparıcılıq edir, modeldir. Digər qalib 24 yaşlı Pərviz Musayev Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsidir.

Digər ikinci yeri tutan bir qız və oğlan isə müsabiqədə iştirak üçün seçilən Səhər Əkbər və Pərviz Musayev müsabiqədən imtina edəcəyi və yaxud hər hansı səbəbə görə getməyəcəyi təqdirdə onların yerinə göndəriləcək. Yarışmada bir istisna hal da olub. Belə ki, bir nəfər xanım-Pərvin Həsənzadə Kiprdə keçiriləcək "Miss Fashion" gözəllik yarışmasında iştirak etmək üçün seçilib.

“Sinemanın kral və kraliçası”: 2-ci Sinema gözəli" layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Eyyubqızının sözlərinə görə, finala vəsiqə qazanan Səhər Əkbər və Pərviz Musayev birbaşa İstanbulda keçiriləcək son final yarışmasına qatılacaq.

İlk olaraq Türkiyə, bəzi Avropa ölkələri və Azərbaycandan seçilən 14 qız və 14 oğlan finalçı onlar üçün yardılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək. Sonda bu ilin mart ayının 27-də keçiriləcək final gecəsində 28 finalçının içərisindən 1 qız və 1 oğlan sinemanın kral və kraliçası seçiləcəklər.

Layihənin məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır. Bakı yarışmasında

13 nəfərdən ibarət olan münsiflər heyətinə Türkiyənin məşhur sənətçilərindən Tamer Karadağlı, Ceren Kaplakarslan, Vilma Elles və digərləri daxil idi, Azərbaycan tərəfdən isə aktrisa Məlahət Abbasova, modelyer Gülnarə Xəlilova və yarışmanın Azərbaycan təmsilçisi Vüsalə Səid Eyyubqızı olub.

Dəyərli opera və vokal ifaçısı Oya Ergün də Türkiyənin məhşur “Sinemanın kral və kraliçası” yarışmasının Azərbaycandakı seçimlərində çıxış edib. Opera və vokal ifaçısı Oya Ergün ifalarıyla qonaqlara xoş anlar yaşadıb. Opera ifaçısı yarışmada sevilən mahnılarını ifa edib.

“Ötən əsrin 70-ci illərində Türkiyənin Artist” və “Səs” jurnallarının həyata keçirdikləri “Sinema Gözəli” yarışı ilə “Yeşilçam”ın bir çox istedadlı gəncləri məhşur aktyor və aktrisalar kimi tarixə düşüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm