Magazin1
Tolik Nadir Qafarzadəni YIXIB-SÜRÜDÜ: “Əgər kişidirsə...”
Xəbər verdiyimiz kimi, Nadir Qafarzadə ad çəkməsə də, bəzi prodüserlərin qadın müğənniləri varlı kişilərə satışa çıxardığını iddia edib.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı məşhur prodüser Tarix Əliyev (Tolik) fikirlərini sosial şəbəkədə paylaşıb. Tolikin yazdıqlarını olduğu kimi təqdim edirik:
“Kimin sübutu varsa, kişi oğludursa, çıxsın qabağıma və desin ki, sən beləsən, bunu etmisən. Bəzi özlərini kişi sayanların arvadları əgər "Tolik bizi filan yerə aparıb" deyibsə, deməli kimdənsə, qorxmalıyam? Başqaları kimi qorxub susa bilmərəm! Nadirin dərdi tacdır, əcəb eləmişəm. Nadir bu ölkədə əlini qatlasın ki, nə edib? Bu ölkə üçün nə iş görüb? Toylarda mahnı oxuyub pul qazanıb, əcəb edib. Mən də lazım olan orqanlara şikayət yazıb və adımın belə şeylərdə hallanmasında narahat olmağını nə vaxtsa dilə gətirməli idim. Nadir kişidirsə, ad çəkib desin ki, Toliki deyirəm. Amma Nadir “Mən yazıdır da, yazmışam” deyir. Bu tac nə böyük şey oldu girdi gözlərinə. Nə edək ki, əməkdar artist adı vermirlər? Çünki bu dövləti sevmək və ona bağlı olmaq lazımdır, məniyyətimizi təbliğ etmək lazımdır. Bizim nə günahımız var? Ay Nadir, iki gün əvvəl mənə yığıb “Tolik sən kişi oğlusan, sənə dəyər verirəm” deyən sən deyildin? İndi nə oldu ki, pis oldum? Əsas odur ki, məni tanıyanlar tanıyır”.
Prodüser onu da vurğulayıb ki, utanılacaq heç bir iş görməyib:
“Hər boş-boş danışanın sözü əgər ictimaiyyətdə müzakirəyə səbəb olursa, deməli, bekar adamlar çoxdur. Hələ bir mənim həftədə 5 gün hər səhər saat 8:00-də durub evdən çıxsınlar sonra danışsınlar. Fikirləri gedib onların yanında ayıb işi olanlara. Mən rahatam, çünki gecələr bəziləri kimi hansısa künc-bucaqda oturmuram, ya da ki, ətrafımda sağ-sol vuranlar yoxdur. Bu meydan bu da şeytan!”
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi