Magazin1
“Həyat yoldaşım çox deyinir” – Xalq artisti - - VİDEO
"ARB Ulduz" un “Virtual Həyat” verlişinin növbəti qonağı
Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova olub.
Xalq artisti ailə qurmaq üçün gec qaldığını deyib: “Ailə qurmaq
üçün gec qaldım. Sənətə yönəldim, daha da püxtələşmək, öz sözümü
deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda ailə
qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə
qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa
düşür”.
“Keçən ilin dekabrında mən hamiləliyin doqquzuncu ayında Beynəlxalq
Muğam Mərkəzində Gülyaz xanımla konsert verdim. Çox uğurlu alındı.
Elə başa düşülməsin ki, mən hamiləliyin doqquzuncu ayında oxudum,
konsert verdim. Oturmuşdum, qavalı da qabaqda tutmuşdum. Dedilər
ki, müğənnilər bu vəziyyətdə konsert verirlər ki, gündəmə
gəlsinlər. Dedim ki, yox. Əksinə, mən elə bir paltar geyinmişəm ki,
hamiləliyi gizlətməyə çalışmışam”.
Son olaraq Gülyanaq Məmmədova həyat yoldaşının bəzən bezib
deyindiyindən danışıb: “Çox tərifləyəndə deyirlər ki, nə qədər
tərif olar. Elə deyil axı. Hər ailədə söz-söhbət var. Mənim də
ailəmdə var. Mən bir gündə beş işimin arxcasınca gedə bilmərəm.
Həyat yoldaşm məni nə qədər aparsın, gətirsin, gözləsin? Çox vaxt
işlər yığılır qalır. O da insandır axı, onun da əsəbləri var. Bəzən
deyinir”.
Geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə
bilərsiz.
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi