Magazin1
Cavanşir Quliyev bu gün vəfat edən həmkarı haqqında: "Min bir əziyyətlə həyatını sahmana salmaq üçün..."
Xəbər verdiyimiz kimi Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Tahir Əkbər bu gün axşam saatlarında dünyasını dəyişib.
Publika.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri Fakultəsinin professoru və dekanı Cavanşir Quliyev həmkarının ölümündən çox təsirləndiyini bildirib. C.Quliyev Tahir Əkbərin onun üçün çox dəyərli dost olduğunu vurğulayıb:
"Bəstəkar Tahir Əkbərin ölüm xəbəri yayıldı. Tahir Azərbaycanda özümə yaxın hesab etdiyim çox az sayda insanlardan biri idi. Yüksək mədəniyyət sahibi, son dərəcə təvazökar, gözəl musiqiçi, eyni zamanda da gözəl bəstəkar idi. Həyatı keşməkeşlərlə dolu idi, peşəkar bəstəkar olduğundan sonra Özbəkistandan Bakıya köçmək məcburiyyətində qaldı, min bir əziyyətlə həyatını sahmana salmaq üçün çox çabaladı... O mənim üçün görünəndən də dəyərli idi... Allah ona rahmet elesin!Əminəm ki ruhu artıq cənnətdədir".
72 yaşlı bəstəkar uzun müddət idi ki, beyin insultundan əziyyət çəkirdi. Mərhum sabah Yasamal qəbiristanlığında dəfn olunacaq.
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər