Magazin1
General oğlu ilə "sevgili olan" Röya DANIŞDI: “Telman hələ 9 yaşında olarkən..."
Əməkdar artist Röya Ayxanın Milli Qəhrəman, Şəmkir Korpusunun komandiri, general Rövşən Əkbərovun oğlu ilə eşq yaşaması xəbərini təkzib edib.
İfaçının mətbuat katibi Türkan Məmmədli Publika.az-a verdiyi açıqlamasında xəbəri təkzib edib. Onun sözlərinə görə, adıçəkilən general oğlu Telmanla ifaçı arasında illərə söykənən dostluq münasibəti var: “Telman hələ 9 yaşında olarkən Röya xanım onu tanıyırdı. O, Əməkdar artistin uşaqlıqdan pərəstişkarları sırasındadır. Telman müğənninin bütün komandası ilə yaxından dostdur və demək olar ki, hər gün bizim yanımızdadır”.
Əməkdar artistin də məsələyə münasibəti çox gecikməyib. Estrada ulduzu şəxsi İnstaqram hesabında xəbəri paylaşıb və “Çox güldüm” şərhini əlavə edib.
Türkan Məmmədli bu məsələyə də toxunub: “Röya xanım ona görə gülür ki, Telmanla arasında 12 yaş fərq var. İfaçı onun elçilik mərasimində belə iştirak edib və onlar ailəlikcə dostdular. Yəni, xəbər kökündən yalandır. Onların münasibətinin nə yerdə olduğunu bilən hər kəs sevgili iddiasına məhz gülümsəyir. Hörmətli media nümayəndələrinə və Röyasevərlərə səslənirik ki, əsassız xəbərlərə inanmasınlar”.
Məlumat üçün bildirək ki, bu gün Qafqazinfo.az saytında Azərbaycanın Əməkdar artisti Röya Ayxan yeni sevgi münasibətinə başlaması haqqında xəbər yayılıb. Bildirilib ki, Röya Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, Şəmkir Korpusunun sabiq, hazırda isə Bakı korpusunun komandiri Rövşən Əkbərovun oğlu Telman Əkbərovla görüşür.
İddia edilib ki, cütlük tez-tez məclislərə birgə qatılsa da, jurnalistlər onları bir neçə gün əvvəl premyerası keçirilən “Ağ tük” filminin qala gecəsində görüblər. Sevgililər tədbirə bir gəlsələr də, media nümayəndlərindən ehtiyat edərək dostları ilə ayrı-ayrı foto çəkdiriblər.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...