Oksana Rəsulovanın səhhətində ciddi problem yarandı
Bizi izləyin

Magazin1

Oksana Rəsulovanın səhhətində ciddi problem yarandı

Rəqqasə və aktrisa Oksan Rəsulovanın səhhətində ciddi problem yaranıb.

Publika.az xəbər verir ki, bu barədə məşhur özü sosial şəbəkədə məlumat verib. O, bildirib ki, allergiyası olduğu üçün uzun müddətdir ki, Bakıdan kənarda müalicə alır: “Allergiyam olduğu üçün televiziya verilişlərinə çıxa bilmirəm, amma söz verirəm ki, tamaşaçıları tezliklə yeni layihələrlə sevindirəcəyəm. Yaxşı ki, sosial şəbəkələr var, sizinlə həmsöhbət olmağa fürsətimiz var”.

Qeyd edək ki, Xəzər Tv-də yayımlanan “Lal yuxu” serialında rol alan aktrisa yeni “Qaragöz” adlı komediya filminin təqdimatına hazırlaşır.

Rejissoru Orxan Mərdan, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov olan “Qaragöz” filmdə Oksana Rəsulovanın tərəf müqabili Elməddin Cəfərovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm