Magazin1
Məşhur atalar qızları ilə birlikdə Murad Arifin “Qızım” klipinə çəkildi - FOTO
Müğənni Murad Arif uzun müddətdir radio dalğalarında səslənən “Qızım” mahnısına çəkilən klipi təqdim edib.
Publika.az xəbər verir ki, mahnının sözləri və musiqisi Murad Arifə məxsusdur. Müğənninin təqdimatında Xalq artisti Flora Kərimova və qızı Zümrüd, Natavan Həbibi, Elnarə Xəlilova, Lalə Məmmədova, Emin Bədəlov, Ceyhun Zeynalov, aktyor Şamil Süleymanlı, Zamiq Hüseynov, aparıcılardan Nərgiz Cəlilova, Kamilə Babayeva, Hüsniyə Məhərrəmli, Ranar Musayev, Könül Arif digər sənət dostları iştirak edib. “Bumerang label” şirkəti tərəfindən hazırlanan klipdə ölkənin sevilən və tanınmış şəxsləri çəkilib. Layihənin rəhbəri Nigar “ Məmmədova, pr manager Rəvan Rəd, operatoru isə Roman Minayevdir.
Murad Arif bildirib ki, “Qızım” mahnısının onun yaradıcılığında yeri xüsusidir. Çünki bu mahnı qızına olan sevgisini sayəsində ərsəyə gəlib, yaşanan hissləri mahnıya ötürüb. İfaçı bildirib ki, “Qızım” mahnısı sosial mesaj daşıyır:
“Valideynlər övladlar arasında cinsi ayrı seçkilik edir. Sosial xəbərlərdə tez-tez eşidirik ki, kimsə həyat yoldaşını və gəlinini qız uşağı dünyaya gətirdiyi üçün evdən qovub. Oğul atası olmaq istəyi ailədə müəyyən problemlərə, cütlüklər arasında narazıçılığa gətirib çıxarır. Bizim məqsədimiz də ondan ibarətdir ki, insanlara qız uşaqlarının ataları üçün dəyərli olduğunu göstərək. Statistikaya görə, ölkəmizdə hər 100 qız uşağına 117 oğlan düşür. Bu, faciəvi rəqəmdir. Bir fakt da ondan ibarətdir ki, valideynlər övladlar arasında cinsi ayrı seçkilik edir”.
Murad Arif bildirib ki, ailədə qızlara münasibət qədim dövrlərdən bəri çox sərt olub. O, buna misal olaraq atalar sözlərini nümunə göstərib:
“ “Qız yükü duz yükü”, “Qızını döyməyən dizini döyər”, “Qızı öz başına buraxsan, ya halvaçıya, ya da zurnaçıya gedər”, “Qızını kimə ərə versən, uddun”, “Yeddi oğul istəyərəm, bircə dənə qız gəlin” və s. kimi atalar sözlərində qızlarımıza olan bu cür münasibət həqiqətən də gülüncdür. “Kişinin oğlu olar” məsəlindən belə çıxır ki, biz bir ananın övladıyıqsa, babamız haqqında hansı fikirdəyik? Siz indi oğlu olmayan ailələrdə baş verən dramları düşünün.
Yaradıcı insan kimi qərara gəldim ki, "Qızım" layihəsində ataların qızılarına hiss etdiyi mehribanlığı, qayğını və bütün sevgini göstərək. Qəhrəmanları biz boz fonda çəkmişik və əvvəlcədən onlara tapşırmışdıq ki, çəkilişə parlaq rəngli paltarlar geyinib gəlməsinlər. Bunu ona görə etdik ki, bütün əlvanlığı münasibətlərdə göstərək. Layihə vasitəsilə bir daha vurğulamaq istəyirəm ki, qız atası olmaq gözəldir. Bu sevgi başqadır! Hər qızın həyatında ata adlı bir qəhrəmanı olmalıdır... Hər bir kişi də qız nemətinə sahib olmalıdır. Həyatımda hiss etdiyim ən zərif hissləri, musiqi və videoda təsvir etməyə çalışmışam. Qızım nəfəsimdir. Arzu edirm ki, qız övladlarına ikinci dərəcəli münasibət olmasın. Sözsüz ki, qızlarının qayğısına qalan, onları sevgisi ilə əhatə edən, borcunu dərk edən adekvat atalar var, amma mənfi nümunələr də az deyil. Biz onlara qarşı çıxırıq və inanıram ki, bu layihənin böyük təsiri olacaq. "Mənə dünyanı qucaqla desələr, qızıma sarılaram!" isə layihənin şüarıdır".
Murad Arifin klip təqdimatına bir çox sənət dostları qatılsa da, həyat yoldaşı və qızı iştirak etməyib. Müğənni bunu onunla izah edib ki, ailəsi kamera qarşısında olmağı sevmir:
“Qadağa yoxdur, sadəcə ailəm özü kameralara görünmək istəmir, onlar üçün bu cür yaşamaq daha rahatdır. Həyat yoldaşımın bu qərarını sayğı ilə qarşılayıram və xanımına tövsiyə edirəm ki, ehtiyac yoxdur. Bir ailədə ictimai bir insan olar”.
Aytən
FOTO: Səfiyar Məcnun
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO