Yeganə oğlunu itirən Zöhrə Abdullayeva tanınmaz hala düşdü - FOTO
Bizi izləyin

Magazin1

Yeganə oğlunu itirən Zöhrə Abdullayeva tanınmaz hala düşdü - FOTO

“Sevilən sənətkarımız Zöhrə Abdullayevanın oğlunun 40 mərasiminə getmişdik. Mən onu tanımadım. Onunla tez-tez görüşən mən... Dərd adamı necə dəyişər? Bir aya 10 kq itirib. Zöhrə xanım, Allah sizə kömək olsun, səbir versin. Ürəyim parça-parça oldu”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı İradə İsaq sosial şəbəkədə yazıb. Aparıcı oğlunu itirən Əmək artistin şəklini paylaşaraq sözlərinə belə davam edib:

“Tək övladını itirib. Necə sızlamasın? Mənim üçün həyat bitdi deyir. Ovutmaq mümkün deyil. Nə deyim bilmədim: Allah rəhmət eləsin, səbir versindən savayı...”

Xatırladaq ki, Əməkdar artist Zöhrə Abullayevanın oğlu beynin xərçəngindən dünyasını dəyişib. Yeganə oğlunu itirən sənətçi müğənnilik fəaliyyətinə son qoyduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm