Elnarə Röya haqqında bütün HƏQİQƏTLƏRİ ifşa etdi: “Bütün Azərbaycan bilir ki...” – FOTO
Bizi izləyin

Magazin1

Elnarə Röya haqqında bütün HƏQİQƏTLƏRİ ifşa etdi: “Bütün Azərbaycan bilir ki...” – FOTO

"İcazə verirsən bu videonu paylaşım, (Fatihə surəsi - red.) yoxsa bunu da özünə götürəcəksən? Bütöv bir verilişi ("Hər şey daxil" -red.) mənə həsr etdiyinizə görə demək ki, haqlıyam. Həyatda hamıdan hər şey görmüşəm. Amma səndən bunu gözləmirdim. Qarabağlılara yox, barı tonla kəsdiyimiz çörəyə hörmət edəydin. Mənə "çox sağ ol" demək əvəzinə ünvanıma yazdığın sözlərə bax. Mahnı mahnıya oxşayar da. Mahnını mahnıdan götürərlər. Sənin ünvanına bir söz deyən oldu Röya Ayxan? Mahnında problem var, get onu düzəldənlərin boğazından yapış ki, “Ətək-ətək pul tökmüşəm sizə, bu nədi eləmisiz?” Məni niyə iynələyirsən? Ey ulduzların ulduzu... Ey starların starı. Ey əməkdarların əməkdarı”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova instaqramda, qalmaqal yaşadığı həmkarı Röya Ayxan haqqında deyib. İfaçı Röyaya ünvanlandığı statusuna belə davam edib:

"Sənə ancaq tərif yağdıranda xoşuna gəlir? Səndə qüsur ola bilməz? Sənin ən böyük problemin də elə budur. Özünə o qədər vurğunsan ki, gözün özündən başqa heç kimi görmür. Bilsəydim, özünü təsdiq etmək üçün efirdə erməni mahnısı oxuyanın ümidinə qalacaqsan, heç sənə kömək eləməzdim. Bir düz-əməlli adam yox idi çıxarasız ora? Yazıq Tolik qalmışdı kəkələyə-kəkələyə. Bilmirdi sənin sifarişini yerinə yetirsin, yoxsa veriliş aparsın. Canım, ay Tolik! Səni və Röyanı nə qədər çox istəyirəm bunu yalnız Allah bilir. Amma məhkəmə quranda heç olmasa, qarşı tərəfdən çox demirəm, bircə nəfər obyektivlik üçün çağırmalıydız. Yoxsa elə özünüz çaldız, özünüz oynadız.

Hələ o Zurnalisti demirəm, öz diliylə etiraf edir ki, bəli, Elnarə reklam simasıdır. Sonra da deyir ki, iş gör. Mən iş görməsəm, trend olmasam, tələbatlı olmasam, bu qədər şirkətlər məni özlərinə sima seçər? Sən də oxuyursan, mən də. Sənin öz izləyicin, mənim öz... Sən də klip çəkdirirsən, mən də... Sən də Türkiyədə iş gördürürsən, mən də... Sən konsert verirsən, mən uşaq doğuram. Bu da mənim konsertim və uğurumdur. Sən birini də verirsən, mən birini də doğuram. Nəyi pisdi ki... Səndə o var. Məndə bu. Sən konsert verirsən, mən təhsil alıram. Buna da zaman gedir".

Xəlilova daha sonra Röyanın "Məni dindirmə qız, qarabağlılara hörmətim var, pozma. Xanım Elnarə, siz oxumuş qadınsınız. Sadə insanları maarifləndirməlisiniz. Bunu deməyə haqqım var. Çünki unutmadınızsa, təhsilinizin çətin dönəmində Allah məni sizə yetirmişdi. Xırdalamayaq, düzdürmü? Hara, necə, nə cür..." sözlərinə cavabı belə olub:

"Yeri gəlmişkən, təhsil dedim, təhsil yadıma düşdü. Bütün Azərbaycan bilir ki, mən pulsuz təhsil almışam, söhbət sənin mənə guya verdiyin hansı təhsilin haqqından gedir? Bir var yalan, bir də var ağ yalan. Belə olmaz, bacım. Ömür boyu mənim paltarlarımı geyinmisən, indi "modnu” olmusan, məni bəyənmirsən? Bir dedin, susdum. İki dedin, susdum. İndi də Elnura sifarişlə yazı yazdırmısan ki, Elnarə zövqsüzdür. Utanıram, sadəcə hər ikinizin yerinə. Bir əski parçası, dünya malı insanlıqdan dəyərli olarmış. Sonda sizin öz sözünüzlə bitirmək istəyirəm.

Bir halda ki, səni milyonlar sevir məni heç kim, ey milyonların sevimlisi dünya şöhrətli ulduz, siz dediyiniz məntiqlə yanaşsaq, əgər keyfiyyətə deyil, kəmiyyətə nəzər salsaq, onda Azərbaycanda hal-hazırda 2 ulduz var. Biri Damla, digəri də Üzeyir. Onunla deyil axı, düzdür? Tolik demiş, adamı gərək Allah istəsin.

Allahıma çox şükür, nəyim yoxdur ki, sənə paxıllıq edəm? Ərin var, ərim yoxdu? Oğlun var, oğlum yoxdu? Qızın var, qızım yoxdu? Yerdə qalanı da yuxarıda sadaladım. Birdən elə bilərsən ki, sənlə dava edirəm ha, qətiyyən ağlına elə şey gətirmə. Sadəcə köhnəlmiş münasibətlərimizi aydınlaşdırdım, vəssalam. Səni yenə də çox sevirəm. Unutma, uman yerdən küsərlər".

Qeyd edək ki, E.Xəlilova bir neçə gün əvvəl Röya Ayxanın “Mənə sevgidən bəhs et” adlı yeni mahnısının Uitni Hyustonun "I have nothing" kompozisiyasına bənzədiyini irəli sürüb. Bundan sonra əməkdar artist Röya Ayxanla müğənni Elnarə Xəlilova arasındakı qalmaqal daha da böyüyüb. Xəlilovanın Röyanı ifşa etməsi həmkarını özündən çıxarmış və sənət dostu haqqında xoşagəlməz sözlər yazmışdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm