Magazin1
“Avroviziya”dakı mahnımız ana dilimizdə olacaq - VİDEO
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində Azərbaycanın iştirakına dair təqdimat mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək və iyirmi ölkənin çıxış edəcəyi yarışda Fidan Hüseynovanın “Sənin kimi olmaq” (I wanna be like you) mahnısı ilə təmsil olunacaq.
İctimai Televiziyanın Musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva bildirib ki, mahnı Azərbaycan dilində səsləndiriləcək. Çünki Uşaq Avroviziyası qaydalarına görə, əsas sözlər yerli dildə olmalıdır. Yalnız nəqərat hissələrində ingilis dilindən istifadə ediləcək.
Qeyd edək ki, mahnıda Fidan Hüseynova öz arzularından və xəyali qəhrəmanlarından söz açır. Təmsilçimiz ifası zamanı kimliyini açıqlamadığı qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımlamağından danışır.
Mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikovdur. Musiqinin sözləri Azərbaycan dilində Aytən İsmixanovaya, ingilis dilində Elvira Miçiyevaya məxsusdur.
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ
-
İdman00:30
Ronaldonun saat brendi: modellərdən birində görün nə var - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gizli müsbət imkanlar ortaya çıxa bilər
-
Avto13 Oktyabr 23:36
Alverçilərə bəd, maşın almaq istəyənlərə ŞAD XƏBƏR - Artıq Azərbaycanda da mümkün oldu
-
Magazin113 Oktyabr 22:36
Günay yeni fotoları ilə diqqət çəkdi -
-
Magazin113 Oktyabr 21:36
Azərbaycanlı gəlin Vandamın vəfat edən anasından yazdı: "Nəvənizə yaxşı baxacam" - FOTOLAR
-
Sosial13 Oktyabr 21:12
Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ
-
İdman13 Oktyabr 20:24
28 yaşlı idmançı qəflətən VƏFAT ETDİ - FOTO