Röya keçmiş ƏRİNDƏN DANIŞDI: Kişi bunu etsə... - VİDEO
Bizi izləyin

Magazin1

Röya keçmiş ƏRİNDƏN DANIŞDI: Kişi bunu etsə... - VİDEO

“Sevgi hər kəs üçün problemdir, amma Röya üçün yox. Ümumiyyətlə, əvvəllər sevmək daha gözəl idi. Bəlkə də onda cavan idim, indi qocalmışam... Fikirləşirsən ki, oğlan gedib başqa nələrsə danışar. Sonra görürsən ki, heç kim qalmayıb”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan ARB kanalında yayımlanan “Show News”a verdiyi açıqlamada deyib. Müğənni klip çəkdirdiyi “Problemdir sevgimiz” mahnısını həyat yoldaşı Anar Cəlilovdan ayrıldığı dövrdə yazıldığını bildirib:

“İnsan həyatındakı insandan ayrılanda dedi-qodulara son qoymaq üçün çıxıb nə açıqlama verəcəyini bilmir. Bunun özü böyük bir problemdir. Məsələn, həyat yoldaşımla ayrıldığımız dövrdə belə qərara gəldik ki, boşanmaq üçün birinci mən müraciət edim. Kişi müraciət etsə, daha çox söz-söhbət yarana bilər. Görün, necə yaşayırıq, insanlar sakit boşana da bilmir. Yəni mahnı mənim üçün çox təsirlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm