Nazilə Səfərlidən “Maşın şou” haqqında ŞOK AÇIQLAMA: “Oyunu mən idarə edirəm”
Bizi izləyin

Magazin1

Nazilə Səfərlidən “Maşın şou” haqqında ŞOK AÇIQLAMA: “Oyunu mən idarə edirəm”

“Maşın şou”nu bir neçə gün əvvəl tərk edən şairə Nazilə Səfərli instaqram hesabında oyunla bağlı maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, şairə dünən sms səsverməsinə çıxan müğənni Səmra Rəhimli üçün izləyicilərindən səs istəyib: “Deyim bilin ki, oyunu hələ də mən oynayıram. Orda ürəkli oyunçu yalnız zəhləm getmiş Sərxandır, Vəssalam. Bir azdan maraqlı hadisə olacaq, şouya baxın, bir nəfərin torbasını tikirəm”.

Nazilə Səfərli bu sözləri ilə bir neçə gün əvvəl “Səni diri-diri yeyərəm” dediyi Xose Bernardonu nəzərdə tutub. Sonda şairənin verdiyi proqnoz özünü doğruldub və Səmra Rəhimli oyundan Xoseni kənarlaşdırıb.

Xatırladaq ki, əvvəlki buraxılışda Xose Bernardonun səsverməsinə aktrisa Xəyalə Quliyevanın çıxması olub. Bu, şairə Nazilə Səfərlini özündən çıxarıb. Nazilə qeyd edib ki, bugünki şəkil çoxluğu Xose Bernardonun oyunudur və Xəyalə qurban kimi seçilib. Səfərli bildirib ki, Xose bu oyunu qurub ki, Xəyalə səs toplasın və şoudan onu kənarlaşdırsın. Buna görə şairə üzünü Bernardoya tutaraq "Səni diri-diri yeyərəm, sənin deponu boşaldaram" deyib.

Cavabında isə Xose "Mənim depom yoxdur" sözlərini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm