Azərbaycanlı sənətçilər nağıl qəhrəmanları oldu - FOTO
Bizi izləyin

Magazin1

Azərbaycanlı sənətçilər nağıl qəhrəmanları oldu - FOTO

Müxtəlif nağıl qəhrəmanlarının obrazlarına bürünən tanınmış azərbaycanlı sənətçilərin fotoları yayılıb.

Publika.az xəbər verir ki, dünən "Buta palace"da Yeni illə bağlı tədbir keçirilib. Tədbirdə Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, həmçinin müğənni Zamiq Hüseynov, Murad Arif, Günay İbrahimli, Sevda Yahyayeva, Samir Piriyev, Ayaz Qasımov və başqaları iştirak edib. Konsert proqramında sənətçilərin hər biri müxtəlif nağıl qəhrəmanlarını təmsil edib.

Tədbir bir çox əlamətdar hadisələrlə yadda qalıb. Bir vaxtlar yaxın rəfiqə olan Aygün Kazımova, Zülfiyyə Xanbabayeva və Brilliant triosunun eyni tədbirdə olması diqqət çəkib. Maraqlısı odur ki, Murad Arif Kazımova və Xanbabayeva ilə selfi çəkdirərək instaqramda paylaşıb. Yeri gəlmişkən, bu, birinci dəfədir ki, artistlər eyni kadrda yer alır.

Qeyd edək ki, Aygün Zülfiyyə ilə küsməyi haqda "Bizim aramızda çox doğma illər, bağlar, hisslər var. Mənim onun prodüseri Nigarla danışdığımız özəl söhbət elə bilirdim aramızda qalır. İllərdir dost bildiyim insanın sirrimizi başqasına danışmasını yaraşdırmıram. Bu, bir sirr idi. Tolikə danışmasını yaraşdırmadım" sözlərini demişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm