Hacı Nuran Bülbülün vəfat edən nəticəsi ilə şəklini paylaşdı - FOTO
Bizi izləyin

Magazin1

Hacı Nuran Bülbülün vəfat edən nəticəsi ilə şəklini paylaşdı - FOTO

Tanınmış aparıcı və xeyriyyəçi Hacı Nuran Azərbaycan musiqisinin ən böyük simalarından olan Xalq artisti Murtuza Məmmədovun (Bülbül) enerji içkisindən dünyasını dəyişdiyi deyilən nəticəsi Aydan Vəliyeva ilə çəkdirdiyi fotonu paylaşıb.

Publika.az xəbər verir ki, Hacı Nuran Aydanın vəfatından təsirləndiyini bildirib və onun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, korifey sənətkar, SSRİ Xalq artisti Bülbülün nəticəsi olan Aydan Vəliyeva tədbir aparıcısı kimi fəaliyyət göstərirmiş. Qan (talessimiya) xəstəliyindən əziyyət çəkən Aydanın enerji içkilərinin təsiri nəticəsində vəziyyətinin ağırlaşaraq öldüyü bildirilsə də, bu iddia onun ailəsi tərəfindən təkzib edilib.

Qeyd edək ki, 26 yaşlı A.Vəliyeva Bülbülün oğlu Çingiz Bülbüloğlunun qız nəvəsi olub.

O həm də “Azərkitab”da çalışıb.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm