Aparıcı Vüsalə xəstəliyindən yazdı: “16 ildir ki...”
Bizi izləyin

Magazin1

Aparıcı Vüsalə xəstəliyindən yazdı: “16 ildir ki...”

“Bu gün dünya böyrək günüdür. 16 ildir bu sınaqla, bu imtahanla yaşayıram, kənardan baxıb bəxtəvərlik oxumaq çox asandır, amma bu, hər an stresli, təhlükəli, dualarla, qorxularla keçən bir ömür deməkdir!”

Publika.az xəbər verir ki, bu sözləri məşhur aparıcı və aktrisa Vüsalə Əlizadə dünən instaqramda Dünya Böyrək günü münasibətilə yazdığı statusta qeyd edib.

Anasının ona köçürtdüyü böyrək sayəsində həyatda qalan televiziya ulduzu xəstəliyindən yazıb:

“Bu gün bizim bayramımız, məni izləyən, mənə baxıb ruhlanan, həyata bağlanan böyrək köçürülmüş xanımlar və bəylər, bayramımız mübarək əzizlərim. Azərbaycanda ilk dəfə bu problemlə övlad dünyaya gətirəndə, rayonlardan belə analar və atalar məni görməyə xəstəxanaya gəldi, çünki bu ilk idi, indi məndən ilhamlanıb güc alıb, övlada sahib olan neçə-neçə orqan köçürülmüş analar var, bu, mənim həssas yerimdir, yaşamayan bilməz! Keçmiş acıları yaşamamaq diləyilə özümə və bütün həmtaleylərimə Allahımdan sağlıq arzu edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm