Aygün Kazımovanın “18 -” layihəsi - FOTO
Bizi izləyin

Magazin1

Aygün Kazımovanın “18 -” layihəsi - FOTO

Xalq artisti Aygün Kazımova Azərbaycanda ilk dəfə olaraq "18-" adlı karaoke albom təqdim edib.

Publika.az xəbər verir ki, rəsmi YouTube kanalında yayımlanan albomdakı karaokeləri sənətçi pərəstişkarlarının Instagram rəyləri əsasında təyin edib. Müxtəlif ifaçılar tərəfindən tez tez repertuarına müraciət olunan pop diva həm sənətçilərə, həm də dinləyicilərə mahnıların tam orijinal keyfiyyətdə olan karaoke versiyasından bəhrələnmək üçün imkan yaradıb. Xalq artisti karaokelərdə səslənən bek vokalı belə özü ifa edib.

Aygün Kazımova ilə duet oxumaq arzusunda olanlar üçün məşhur “Bir daha” mahnısı məxsusi hazırlanıb. Bundan əlavə, ifasını Aygün Kazımovaya nümayiş etmək istəyən şəxslər öz videolarını #AygunKaraoke işarəsi ilə yayımlaya bilər. Onlar arasından bir bəy və bir xanım seçilərək, Aygün Kazımova ilə şam yeməyinə dəvət alacaq.

Layihə "SS Production" tərəfindən həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm