Nigar Camal seksual rəqsi ilə HEYRAN ETDİ - VİDEO
Bizi izləyin

Magazin1

Nigar Camal seksual rəqsi ilə HEYRAN ETDİ - VİDEO

"Eurovision" qalibi Nigar Camal "Я в твоём плену" ("Sənin əsirinəm") adlı klipini təqdim edib.

Publika.az xəbər verir ki, ulduzun Kiyevdə çəkdirdiyi klip 45 min manata başa gəlib. Klipdə cəlbedici səhnələri və rəqsləri ilə ilə diqqət çəkən Nigar Camal çəkilişlərdə yaşanan çətinliklərdən danışıb:

"Suda çəkilən səhnələrdə temperatur aşağı idi, bu, bir az çətinlik yaratdı. Bir də bədənimin rəngləndiyi yerlər var idi. Sonradan rəngləri çıxarmaq xeyli vaxt apardı".

Qeyd edək ki, sözləri Fərid Pənahova, musiqisi "Flaminque Recordsa" aid mahnını ukraynalı rejissor Aleks Lamakh ekranlaşdırıb.

Klip təqdimatının qonaqları arasında aktrisa Oksana Rəsulova, müğənni Eldar Qasımov, aparıcı Ranar Musayev, Kamilə Babayeva və başqaları olub.

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm