Aysel Əlizadə doğum günündə elə paltar geyindi ki... - FOTO
Bizi izləyin

Magazin1

Aysel Əlizadə doğum günündə elə paltar geyindi ki... - FOTO

Müğənni Aysel Əlizadə özünə təmtəraqlı doğum günü keçirib.

Publika.az xəbər verir ki, son aylarda adı qalmaqallardan düşməyən ifaçı dostlarını başına toplayaraq doğum günü şənliyi təşkil edib. Mərasimdə Zamiq Hüseynov, Nura Suri, Əbdül Xalid, aparıcılar Nərgiz Məmmədova, Vüsalə Əlizadə, Samir Bayramlı, rəqqasə Fatimə Fətəliyeva, aktrisa Sevinc Əliyeva və başqaları iştirak edib.

Müğənni açıqlamasında bildirib ki, doğum günündə geyindiyi qara qısa libası xüsusi olaraq bu mərasim üçün hazırlatdırıb. O, ayaqqabılarının da lüks markadan olduğunu qeyd edib.

Qeyd edək ki, bir neçə ay əvvəl evli iş adamı Elçin Nəcəfovun keçmiş həyat yoldaşı Xoşqədəm Hidayətqızının verilişinə çıxaraq ailəsinin dağılmasında müğənni Aysel Əlizadəni günahlandırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm