Brilliant Dadaşova Aygün Kazımova haqda ŞOK FAKTLARI AÇDI: “Alkaş”lıq etdiyinizdən...”
Bizi izləyin

Magazin1

Brilliant Dadaşova Aygün Kazımova haqda ŞOK FAKTLARI AÇDI: “Alkaş”lıq etdiyinizdən...”

Xəbər verdiyimiz kimi, Xalq artistləri Brillant Dadaşova ilə Aygün Kazımova arasındakı qalmaqal yenidən alovlanıb.

Publika.az xəbər verir ki, Brilliant Dadaşovanın Mirzə Babayevlə bağlı instaqramda son paylaşımı böyük müzakirələrə səbəb olub. Aygün Kazımovanın fanatları Brilliant Dadaşovanın bu statusunda küsülü olduğu həmkarının ünvanına söz atmasına kəskin reaksiya verib.

Xalq artisti ona yazılan iradlara belə cavab verib:

“Yazıq müğənninin (Aygün Kazımovanı nəzərdə tutur - red.) zalı boş qaldığından məcbur olub özü də öz konsertini yarımçıq qoyub jurnalist qoşunu ilə mənim konsertimə gəlmişdi. Həmin Brilliant əlbəttə ki, yaxşı idi, çünki susurdu, bu gülməli əhvalatları danışmırdı. İndi görünür ki, sizinlə öz üslubunuzda, öz dilinizdə danışmaq lazımdır. Siz olmayanları uyduranda, mən də heç olmasa olan faktları sübut etməliyəm...

Mənim keçmişimdə və indimdə heç bir qüsur tapa bilməyənlər həmişə məcburən və Allahdan qorxmadan şər-böhtana əl atıblar. Görəsən niyə zəif, əyyaş, boş hay-küy yaradan müğənni deyən kimi buraya komanda yollanır və deyilir ki, bu sözlər məhz filankəsə ünvanlanıb. Oxuya bilməyənlərdən danışanda gözünüzün önündə o dəqiqə yalnız bir müğənni canlanır? Sanki sübut etmək istəyirsiniz ki, səsi olmayan yalnız filankəsdir. Yatanı da ayıltdılar ki, bəs ay camaat zəif müğənni filankəsdi ha. Oxuya bilməyən müğənninin təşkilati işləri də mükəmməl olmalıdır. Sözümü musiqiyə yox, boş hoqqabazlığa önəm verənlərə deyirəm. Səhifəmə 10-15 min adam yollasalar da, estrada musiqisindən danışacağam”.

B.Dadaşova istedadsız müğənnilərin qısa müddətdə parlamasına etirazını belə bildirib:

"Bu gün kişi tembri və öz manerası ilə canlı, təmiz, detonsuz, düzgün oxuyan Mirzə dayıya qulaq asdım və estrada musiqimizin öldüyü günə kədərləndim. Estrada musiqisində artıq Şövkətlərin, Rəşidlərin, Mirzə dayıların, Akif İslamzadələrin, Elmira Rəhimovaların, Flora Kərimova diapazonunda müğənnilərin olmamasına heyfsilənirəm.

Əlbəttə ki, hər kəs özü bilər, amma bu gedişlə estrada musiqinin adının belə tamaşaçıda bəsit və istehzalı gülüş doğurması insanı məyus edir. Axı estrada janrında - Seyid Rüstəmov, Ramiz Mirişli, Emin Sabitoğlu, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Arif Məlikov, Fikrət Əmirov kimi bəstəkarlarımız mürəkkəb - bəmi-zili olan bir neçə muğam ladıma keçən nəğmələr yaradıblar. Biz gəlmişik, bir gün gedəcəyik, təki musiqimiz gənc olsun. Borudan çıxan səslərlə ələ salmasınlar musiqimizi.

Əfsuslar olsun ki, Mirzə dayı kimi özəl səs tembri olan, 80 yaşında belə təmiz oxuyan əsl sənətkarı bir zamanlar rejissorlar unutmuşdu. Onlara deyirdim ki, tamaşaçı Mirzə dayını sevir. O, yüzlərlə mürəkkəb melodiyalar ifa edib. Ona zarafatca kəpənək deyirdilər, onu da qəbul etməyib özəlliklə səhnədən Mirzə Babayev yox, Mirzə dayı deyə çağırırdım”.

Daha sonra sənətçi ünvanına yazılan kəskin sözlərdən qəzəbləndiyini gizlətməyib:

“Estrada musiqimiz, səhnə mədəniyyətimiz haqqında şəxsi fikirlərim var, səhifəmə hücum edərək məni susdurmaq gücünə malik olacağınızı düşünürsünüzsə, çox böyük səhv edib məni daha ciddi arqumentlərlə danışmağa məcbur edirsiniz.

Əsl sənətkarın, əsl musiqinin, əsl ifanın fonunda gərək hayla-küylə birtəhər köçünü sudan çıxardanlardan danışmayasan. Amma məni qınayanlar, susursunuz. Musiqimiz əldən gedir, deyənlər yaxşı görürlər ki, sosial problemlərə, bəzi naşı həkimlərə, bəzi qəlbi daşdan olan müəllimlərə, səhnədə səs yox, hoqqa göstərən müğənnilərə söz deyən kimi hücum başlayır.

Bugünkü musiqimizin bu qədər bəsitləşməsindən, ortalıq meymunlarından, canlı oxumağı bacarmadığı, hətta fonoqramla oxuyarkən musiqini dərk edən insanlarda gülüş doğuranlardan məhz Mirzə Babayevin ad günündə danışmaq istədim. Çünki o kişi sənətkar idi... Kimin nə qədər zəhmət çəkməsindən söhbət getmir. Söhbət sənətdən gedir. Salyeri də çox zəhmət çəkdi, saatlarla Motsartı dinləyib milizmalarını oğurladı, tutduğu adamlarla sifarişlə Motsarta şər-böhtan atsa belə, yenə də əsl musiqiçi ola bilmədi. İndi artıq səhnədə tamaşaçıya belə hörmət qoymayan, bir çox hallarda səsə-küyə basanlardan Mirzə dayının doğum günüdə yazmaq istədim, çünki artıq sözün bitdiyi yerə gəlib çatırıq...”

B.Dadaşova daha sonra A.Kazımovanın “Nömrə 1” yarışmasında Natavan Həbibiyə uduzmasını dilə gətirib:

“Nömrə bir (mahnı yarışmasını nəzərdə tutur - red.) dedikləri tramvay, avtobus nömrəsidir. Ona görə də özündən 25 yaş kiçiklərə SMS-lərdə uduzurlar. Tamaşaçı “Xalqın sevimlisi”nə niyə səs vermədi? PR gücünə “müğənni” olmaq istəyib, ola bilməyənlər, Brilliant elə şeylərdən çox uzaqdadır”.

Müğənni daha sonra Aygün Kazımovanın bir zamanlar məclislərin birində əlində tərəvəzlə çəkilən fotosuna görə onu aşağılamaq istəyənlərə də cavab verib. Xalq artisti ad çəkməsə də, daha sonra Aygün Kazımovanın içki asıllığından da söz açıb:

“İç üzünüz Allahın verdiyi neməti yeyən yerdə qəfil fotomu çəkib, bunu ayıb imiş kimi qələmə verməyinizdə ortaya çıxır – öz “anaşa”nızdan. Boçkasına girib, “alkaş”lıq etdiyinizdən, sərxoş halda əyilmiş ağzınızla sizin kimi həyasızlardan abrını gözləyən müğənnilərə “bura səhnədir” yox, “ora səhnədir” deməkdən pis və ayıb şey imiş tərəvəz yemək? Bəsit – üç notdan ibarət mahnıların ifaçısı deyirəm, siz yalnız bir insana bunu şamil edirsiniz. Səhifəmə bir “lapet” adam göndərilib ki, kimisə tərifləsin. Bu da səsi olmayan müğənnilərin hay-küy yaratmaq bacarığının bir növüdür. Bəzi bəsit mahnıları hətta nənəm də canlı oxuyar. 50 yaşında birinci sinif şagirdi kimi oxumaqdansa, 70 yaşında olmaq yaxşıdır ”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm