Magazin1
Toy günü əri öldürülən gəlini bəyin qardaşı ilə evləndirdilər - VİDEO
Toy günü faciə ilə üzləşən gəlinin həyatından bəhs edən “Yad gəlin” serialı bu gündən yayımlanmağa başlayacaq.
Publika.az xəbər verir ki, ARB telekanalında yayımlanacaq serialda aktrisa Günəş Mehdizadə, Həsən Ağa, həmçinin Əməkdar artistlər Kəmalə Müzəfər, Nəsibə Eldarova, Eldəniz Rəsulov və başqaları çəkilir. Dram janrında olan serialın ssenaristiləri Nicat Dadaşov, Pərviz Seyidli, Sara Bayramova, rejissoru isə Qulu Əsgərovdur.
Serial iki ailə arasında illər öncə baş vermiş ədavətdən danışır. Bu ədavətə son qoymaq üçün ailələr qohum olmağa qərar verir. Amma toy günü bəy öldürülür. Bu zaman ailələr arasındakı qan davası daha da gərginləşməsin deyə, gəlini ölən bəyin qardaşı ilə evləndirirlər. Gəlin getdiyi evdə daim kin, nifrət görən gənc xanım bütün olanlara ailəsinin xatirinə dözür və zamanla gənclər arasındakı bu nifrət böyük məhəbbətə çevrilir.
Qeyd edək ki, serial 16 sentyabr 19:00-dan etibarən həftəiçi dörd gün (bazar ertəsindən cümə axşamınadək) ARB telekanalında yayımlanacaq.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO




















.jpg)

.png)



.jpg)












