Çingiz Abdullayevdən bunları soruşan olmamışdı - MARAQLI MÜSAHİBƏ - - VİDEO
Bizi izləyin

Magazin1

Çingiz Abdullayevdən bunları soruşan olmamışdı - MARAQLI MÜSAHİBƏ - - VİDEO

“Futbol idman deyil, dindir, sevgidir. Futbolçu olmaq qat-qat çətindir, nəinki ədəbiyyatda və musiqidə olmaq”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev İctimai Televiziyanın “3 D” verilişində qonaq olarkən deyib.

Daha sonra yazıçı robot aparıcı Dadaş Dadaşlinskinin “Necə edək ki, 90 dəqiqə ərzində pul haqqında düşünməyən futbolçular yetişdirək” sualına cavab belə cavab verib:

“Təbii ki, maşın da, evdə alırlar. Amma özünə hörmət edən peşəkar futbolçu ilk növbədə öz zəhmətini bəyənir və istəyir ki, komandası qalib gəlsin.

Son illərdə "Qarabağ"ın qazandığı uğurlar Azərbaycan futbolunda baş verən ən böyük nailiyyətdir. Onların ard-arda Avropa kuboklarına çıxması futbolumuzun uğurudur. İnanıram ki, eyni uğuru “Neftçi” klubu da bizə yaşadacaq. SSRİ-də, 60-cı illərdə “Netfçi” 3-cü olmuşdu. Bunu təkrarlamaq isə lap çox çətindir”.

Çingiz Abdullayev əlavə edib ki, yazıçılardan ibarət futbol komandası yaradılsa idi, özü oynamazdı:

“Klubun prezidenti olardım. Hələ uşaqlıqdan bilirdim ki, yaxşı oynaya bilmirəm. Odur ki, meydana çıxmırdım. Oyunçu olmayanda hərdən müdafiəçi kimi çıxırdım. Anarın 81, Natiq Rəsulzadənin 70 yaşı var. Lazım deyil, onlar çıxmasa və yazsa, daha yaxşıdır, amma cavanlardan ibarət komanda yığardım”.

Yazıçı verilişdə bu günə qədər 30 milyon kitabı çap olunduğunu nəzərə çatdırıb:

“Hər bir ölkədə vergi verirəm, məndən pul çıxırlar. Odur ki, tirajlarla birlikdə nə qədər kitab çıxdığını dəqiq bilirəm. İndiyədək bir misramı çap etdirməmişəm. Nə Azərbaycanda, nə də başqa ölkədə heç bir kitabı çap etdirməmişəm. 30 milyon kitabım var. Bilmirəm ki, bir kitab çıxartmaq neçəyə başa gəlir. Cavanlıqdan bu günə kimi kitablarımı nəşriyyat özü çap edir”.

Yazıçı aparıcının “30 milyon kitab... Təbiətə yazığınız gəlmir, bu qədər ağac məhv olur” sözlərinə belə münasibət bildirib:

“Yazığım gəlmir, inanıram ki, kitab insanlara kömək edir. Tək mənim kitabım yox, yaxşı kitab cəmiyyət üçün çox faydalıdır. Yaxşı kitablar çap olunmalıdır. Dünyada çox az millətlər var ki, 100 ildə 4 dəfə əlifbanı dəyişsin. Bu, bizim böyük faciəmizdir. Sonrası da böyük ölkə deyilik, kiçik dövlətik. İndi kitablara böyük maraq yoxdur, azalıb. Hər halda xalqımızın inkişaf etməsini istəyiriksə, kitab oxumalıyıq. Dil bilikləri, mütaliə və internet - gələcəyimiz bunlardan asılıdır. Qarabağ məsələsi və siyasətimiz kitabdan asılıdır”.

Çingiz Abdullayev əməkdar artist Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olmaq istəməsini isə müsbət qarşılayıb:

“Yazıçılar Birliyinin 2000 üzvü var. Elə fikirləşirsiniz ki, hamısı eyni səviyyədə olmalıdır? Kimsə roman, kimsə şeir yazır, kimsə tənqidçidir, kimdə ədəbiyyatşünasdır. Bu da normaldır.

Məni də çox tənqid edirlər, özü də lap çox. Ümumiyyətlə bunlara heç bir cavab verməsəm də, təşkilata qarşı yazanda münasibət bildirmişdim".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm