ABŞ-a köçən məşhur: “Namus-qeyrət şüarları ilə vay-şivən salmazlar...” - FOTO
Bizi izləyin

Magazin1

ABŞ-a köçən məşhur: “Namus-qeyrət şüarları ilə vay-şivən salmazlar...” - FOTO

Sosial şəbəkələrdə Bakıda gender bərabərliyinə aid art-festival çərçivəsində çəkilmiş qraffiti ətrafında müzakirələr gedir. Məsələ budur ki, həmin qraffitinin originalının üzəri mavi boya ilə silinib.

Publika.az xəbər verir ki, rəsm əsərinin silinməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Xüsusilə sənət aşiqləri bunu incəsənətə qarşı vandalizm kimi qiymətləndirib. Amerikaya köçən aparıcı Günel Hümbətova bu barədə fikirlərini feysbukda paylaşıb. O bildirib ki, oxuyan, inkişaf edən insanların çoxluq təşkil etdiyi cəmiyyətlərdə cinsiyyət orqanlarının divarda həkk olunmuş şəkli ən sonuncu fikir verdikləri mövzudur:

“Çünki, beyin, baş ciddi şeylərlə məşğuldur. O şəkli görsələr də, gülümsəyib keçəcəklər. Sənətə meyli olanlar rəsmin çəkilişinə, hansı rəng ahənglərindən istifadə olunmasına, verdiyi mesaja diqqətlə baxıb düşünüb yoluna davam edəcək, vəssalam.

Daha bizdəki kimi hamılıqla qlobal problem kimi namus-qeyrət şüarları ilə sosial şəbəkələrdə vay-şivən salmazlar...

Avropa və Amerikada məsələn, qlobal iqlim problemləri daha çox diqqət mərkəzindədir. Bu kimi mövzularla bağlı tətillər keçirilir, insanlar əllərində plakat küçələrə axışır və s. Bizdə isə tuman, cinsiyyət, cinsi orqan və s. mövzuları ətrafında gedir əsas müzakirələr hələ də...

İnsanları yaxın 10-20-50 illikdə meydana gələcək perspektivli peşələr, övladımı hansı sahə üzrə yönləndim, robotlat burnumuzun ucundadı məsələləri narahat etməli olduğu halda hələ də tuman mövzuları narahat edir... Plastik materialların istifadəsinin qarşını almaq mövzusu isə ümumiyyətlə, bizimkilər üçün... Nəsə”.

Məlumat üçün bildirək ki, sentyabrın 18-də yarıdağınıq kombinatın divarlarında “Qadın olmaq” şüarı ilə avanqard üslubda işləyən rəssamlar tərəfindən cəsarətli qrafittilər çəkilib. Festivaldan sonra isə yarıçılpaq qadın bədəninin əks olunduğu rəsm yarıya kimi boyanıb. İnsanlar bunu sənətə və sənətkara qarşı hörmətsizlik adlandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm