Magazin1
"Sənin Zori Balayanla nə fərqin var?" - VİDEO
Əməkdar artist Aybəniz Həşimova xaricdə yaşayan jurnalist Sevinc Osmanqızının ermənilər və azərbaycanlılar arasında baş verən toqquşmalarda rəsmi Bakını ittiham etməsinə sərt reaksiya verib.
Publika.az xəbər verir ki, S.Osmanqızının “Qarşıdurma yaradan Azərbaycan tərəfidir, ermənilərdə günah yoxdur” sözlərinə müğənninin cavabı belə olub:
“Sevinc xanım, sizin hökumətlə öz aranızdakı insident daim davam edirdi və edir. Azad vətəndaşsınız, sözünüzü hökumətə deyirsiniz, hökumət də öz cavabını verir, yaxud ümumiyyətlə sizə əhəmiyyət vermir. Bu başqa mövzudur. Mən siyasətçi deyiləm, siyasətlə də məşğul olmaq fikrim yoxdur. Amma sizə bir kəlmə söz deyəcəm.
Siz azərbaycanlı qızısınız. Bəlkə də atanız Osman bəy olmasaydı, atanızı tanımsaydım, atanıza hörmətim olmasaydı, mən buna şübhə ilə yanaşardım. Mən uşaq yaşlarımdan dövlət televiziyasında böyümüşəm. Atanızın nə qədər yüksək ziyalı olduğunu bilirəm. Təəssüf edirəm ki, Osman bəyin qızı gedib Amerikada rahat otura bilsin, rahat düşündüklərini həyata keçirə bilsin deyə öz millətini, öz xalqını oradan düşmənin ayağına verir. Sizin millətimizə oradan daş atanlardan heç bir fərqiniz olmadı, daha betər yandırdınız, daha betər ağrıtdınız. Tək 5-10 nəfəri deyil, bütün Azərbaycanı, bütün atanızı sevənləri... Çox heyflər olsun.
Heyflər olsun ki, sizin o videonuzu gördüm, o mənim qarşıma çıxdı. Kaş o videonuzu görməyəydim. Sizə bir xatırlatma etmək istəyirəm: Azərbaycan hücumkar, üsyankar olsaydı, Azərbaycan da Ermənistanda Xocalı soyqırımı törədərdi. Azərbaycan ömür boyu erməniləri başının üstündə tutub. Ömür boyu Azərbaycanın ən gözəl yerlərində ermənilər yaşayıb. Uşaq yaşlarımdan Gəncədə doğulub-böyümüşəm, hələ bir dəfə də görmədim ki, erməninin xətrinə zərrə qədər kimsə dəysin. Daha da ermənilər ən yüksək hörmətli qonaq kimi tutulurdu. Necə oldu ki, azərbaycanlılar hücumkar, üsyankar oldular, erməniyə “vəhşilik törətdilər?!”.
Sən heç Allahından qorxmadınmı?! Sənin Zori Balayanla nə fərqin var?! Sən necə deyə bilərsən ki, Azərbaycan edir bunu?! Belə çıxır ki, mən özüm-özümü şəhid edirəm?! Mənim o boyda generalım, polkovniklərim, əsgərlərim şəhid oldu, mənim taleyim şəhid oldu. Sevinc xanım, mənim vətən yolunda taleyim şəhid oldu, həyatım alt-üst oldu. Amma yenə bir dəfə də olsun millətimdən dönmədim. Demədim ki, niyə mən əziyyət çəkdim, niyə illərlə hər dəfə Qarabağda əsgərlərimiz şəhid olanda gözü yaşlı qaldım. Mənim bütün qaysaq bağlamamış yaralarımın hamısı qanamağa başladı. Siz necə qıyırsınız millətiniz haqda belə danışmağa?! Bəsdirin!
Hökumətlə nə işiniz var özünüz bilərsiniz, mənim xalqıma toxunmayın, xalqımın adını çəkməyin! Sizə kim ixtiyar verir Azərbaycan xalqını bu cür adlandırırsız?! Harda üsyan qaldırmışıq? Məni vursunlar, mənim oğlumu şəhid etsinlər, mən cavab verməyim ona?! Necə olar bu? Sizin sözlərinizdən belə çıxır ki, bütün Azərbaycan qırılsın? Mən demirəm mənim millətim gedib Amerikada ermənilərə daş atsın, yumruq atsın, onları öldürsün – mən bunun tərəfdarı deyiləm. Bəli, Amerika Qarabağ deyil, amma Azərbaycan üsyanı qaldırır demək olmaz. Azərbaycan necə rahat yata bilər ki, Azərbaycanın 20% torpağı işğal altındadır? Necə rahat yata bilər ki, ermənilər körpə Zəhranı qanına qəltan elədilər.
Bir damla atanızın ruhuna hörmətiniz varsa, şəhidlərin ruhuna, Azərbaycan torpağı uğrunda tökülən qanlara hörmətiniz olsun. Mənim millətimin adını çəkməyin. Azərbaycanlı qızısınız, özünüzü atanızın qanına uyğun aparın. Sizin atanız Azərbaycan uğrunda şəhid olub, bunu yadınızdan çıxarmayın”.
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz