Magazin1
Xalq artisti Osmanqızını TOPA TUTDU: “Atan üçün ağlamışdım, amma...”
“Siz həqiqətən həmin Osmanın qızısınız? Sevinc xanım, dünyanın bütün ölkələrində, hər bir xalqın nümayəndələri bir yerə toplaşıb, sivil yolla istənilən hadisəyə öz etirazlarını bildirmək haqqına malikdirlər”.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova son açıqlaması ilə tənqid obyekti olan jurnalist Sevinc Osmanqızı haqqında deyib.
Xalq artisti bildirib ki, bu situasiyada jurnalistin “humanizm” nümayiş etdirməsi onu kövrəldib: “Atanız üçün ürəkdən ağlamışdım. İndiki göz yaşım isə atanızın ruhunu, vətəninə sevgisini, yaralarını qanatdığınız üçündür.
Mən də musiqimizi qarmonda ifa edən, dinc əhali nümayəndəsi olan erməni əsilli qarmon ifaçısına “Super” yazıb bəyənmişəm. Lakin bayrağımı ayaq altına atıb, şəhidimizin şəklini tapdalayan şərəfsizin gözlərini dırnaqlarımla çıxarardım. Qadın olduğuma baxmayaraq, onun başına qonub, ətini didərdim.
Kürəyində ASALA yazılan terrorçular tərəfindən metro partlayışında dinc əhali, ana-bacı, qardaşlarımızla birlikdə həyatını itirmiş görkəmli musiqiçimiz Rafiq Babayevin orkesti ilə günlərin birində Amerikaya konsertə getmişdik. Təyyarədən enərkən sərnişinlərdən biri soruşdu ki, “siz azərbaycanlısınız?”. Biz “Bəli” dedik. O, bizi “sıqan” adlandırdı. Onunla heç bir işimiz olmadığı halda bizi təhqir etdi.
Savaş yalnız səngərdə deyil, alçaq insanların azərbaycanlılara sataşdığı hər yerdədir”.
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...










.jpg)
.png)



























