Magazin1
Brilliant Dadaşovadan SƏRT SÖZLƏR: “Hacı Məmmədovla aranızda fərq yoxdur!” - VİDEO
Video əlavə edilib.
*****
11:30
Xalq artisti Brilliant Dadaşova ilə jurnalist Sevinc Osmanqızı arasında qalmaqal səngimək bilmir.
Publika.az xəbər verir ki, müğənni Sevinc Osmanqızının "Brilliant Dadaşova deyir ki, S.Osmanqızının başını qoparıb, ətini didərəm. Yəqin Hacı Məmmədovla Qusarda şahmat oynayanda öyrənib" sözlərinə cavab verib. O, instaqramda jurnalistin fotolarını paylaşaraq onu dedi-qoduçu adlandırıb:
"Sən demə, bu qadın da ən adi, sıradan bir dedi-qoduçu imiş. Sevinc Osmanqızı, mənim haçansa Hacı Məmmədovla hər hansı bir tanışlığım və münasibıətim olubsa Allah mənə lənət etsin!!! Sizin kimi bəsit metodlara əl atan şər-böhtançılar yalan uydurduğunuza görə də Allah Sizə lənət eləsin! Sizin səhifənizdə paylaşdığınız bu statusunuz nə qədər tərbiyəsiz və əxlaqsız olduğunuzu ortaya qoydu! O insan öz xalqının nümayəndələrini, qardaş və bacılarını qətlə yetirib fiziki cəhətdən yox edirmiş! Siz də öz xalqınızın nümayəndələrinə mənəvi zərbələr vuraraq qətlə yetirirsiniz! Bu prizmadan baxdıqda sizin qatil Hacı Məmmədovla aranızda böyük bir fərq yoxdur!!! Dedi-qodu, şər, cəfəngiyyat baxımından da - əlində mikrofon tuta bildiyi üçün, adını müğənni qoyub, barəmdə dəxlisiz qeybət uydurub yayan bəsit qadınlardan heç bir fərqiniz yox imiş!"
Qeyd edək ki, S.Osmanqızı sənətçi haqda "Brilliant Dadaşova deyir ki, S.Osmanqızının başını qoparıb, ətini didərəm. Yəqin Hacı Məmmədovla Qusarda şahmat oynayanda öyrənib" - deyə fikir bildirmişdi.
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu


























.png)











.jpg)