Magazin1
Hacı Nuran qarmon ifa etdi – VİDEO
Aparıcı Hacı Nuran musiqi bacarığını nümayiş etdirib.
Publika.az xəbər verir ki, o, “Sarı gəlin” xalq mahnısını ifa edən solist Məhərrəm Nəsibovu qarmonda müşayiət edib.
“Saçın ucun hörməzlər... Gülü sulu dərməzlər, Sarı gəlin... Bu xalq mahnısını sevməyən varmı görən?... Hər qulaq asdığımda kövrəldiyim, hər dinlədiyimdə məni məndən alan bir melodiyadır bu... Mənim musiqi ilə tanışlığım uşaqlıqdan başlayıb. Notları öyrənməyə başlayan kimi ilk ifa etdiyim mahnı da “Sarı gəlin” olub. Pianonun şirmayi dillərində ifa etdiyim o “Sarı gəlin” sanki hər notdan nota dəyişir, mənə daha da doğmalaşırdı. İllər keçdi, amma mənim “Sarı gəlin” sevdam heç səngimədi.
“HN qrupu” ilə tanış olduqdan sonra ilk çalmaq istədiyim mahnılardan biri də məhz “Sarı gəlin” oldu. Hərçənd olduğum bütün məclislərdə, getdiyim yerlərdə, bir sözlə, harda royal varsa, orda mənim ifamda mütləq bir “Sarı gəlin” ifası olmalıydı. Bu ifa bu dəfə Ağstafada ucaldı. Amma bu dəfə çox sevdiyim akkordeonda... Qrup üzvlərinin xahişini yerə sala bilmədim. Bu dəfə akkordeonun şirmayi tellərinə sığal çəkdim, bir “Sarı gəlin” harayı süzüldü Ağstafa Mədəniyyət Mərkəzinin pəncərələrindən... Bilmirəm bu dağların havasından, suyundan idi... Nədisə, bu dəfə bu xalq mahnısını bir başqa cür ifa etdim”, - Hacı Nuran paylaşımına qeyd edib.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ








.jpg)
.png)



.jpg)

























