Şəhid analarının gözündən öpürəm - Xalq artisti
Bizi izləyin

Magazin1

Şəhid analarının gözündən öpürəm - Xalq artisti

“Qələbəmiz var, hamı üçün bayramdır. Əlbəttə ki, şəhidlərimiz də var, amma qələbəni şəhidsiz əldə etmək mümkün deyil. Allah bütün şəhidlərimizə rəhmət etsin, qəbirləri nurla dolsun.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib.

“O qədər şəhid itirmişik... Artıq torpaqlarımızı geri almağa başlamışıq, inanıram ki, onların ruhu şaddır. Gözü yaşlı analarımızın gözündən öpürəm. Cəbhədə olan bütün əsgər və zabitlərimizə güc və zəfər arzu edirəm. İnşallah qələbə bizimlədir, onsuz da qələbə bizimlə idi. Çünki biz başqasının deyil, öz torpaqlarımızı istəyirik”, - müğənni qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm