Dilarədən vətənpərvərlik ruhunda ifa - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Dilarədən vətənpərvərlik ruhunda ifa - FOTO/VİDEO

Müğənni Dilarə Kazımova "Azərbaycanım" adlı yeni mahnısını təqdim edib.

Publika.az xəbər verir ki, bəstənin musiqisi Faiq Sücəddinova, sözləri Baba Vəziroğluna aiddir.

"İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir, stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir", - deyə, sənətçi yeni işi haqqında danışarkən söyləyib.

D.Kazımova mahnı üçün kamera qarşısına keçib. O, fotosessiyada modelyer Gülnarə Xəlilovanın "Xalçaların dili" kolleksiyasından istifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm