Xalq artistinin ilk böyük məhəbbəti kim olub? - VİDEO
Bizi izləyin

Magazin1

Xalq artistinin ilk böyük məhəbbəti kim olub? - VİDEO

“Hansısa mahnını ifa edəndə elə düşünürlər ki, kiməsə həsr etmişəm, öz həyatımdan oxumuşam. Xeyr, belə deyil. 17 yaşımda “Söylə”ni oxumuşam. O vaxt sevgi barədə o qədər də anlayışım yox idi. İlk sevgim oğlumun atasına (iş adamı Anar Cəlilov- red.) olub. Bir qadın kişini çox sevməlidir ki, ondan övlad dünyaya gətirsin. “Sənə qədər” mahnısını sevib övlad dünyaya gətirən qadınlar üçün oxumuşam”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan MTV-yə müsahibəsində deyib. Evi barədə danışan ulduz hər şeyi qəbullanan insan olduğunu bildirib:

“Az varsa, az yeyəcəm. Beş ildir ki, bir ev tikirəm, -əksəriyyəti bir ilə bitirir, - nazıyla oynayıram, bəzən ustadan küsüb tikintini dayandırıram. Evimdəki bir pilləkəni 8 dəfə sökdürmüşəm”.

Daha sonra ulduz sənət dostları ilə münasibətlərindən söz açıb:

“Onlar mən olan yerdə deyillər, balacalarla işim yoxdur. Əlindən tutub gətirdiyim qızlar, oğlanlar, mən sizə ancaq qapı aça bilərəm. Üzünü mənə tutan hər bir insana qapımı açaram. Ancaq nələrsə danışanlar bilsinlər ki, onları görmədiyim üçün cavab vermirəm, yanımda yoxdurlar. Ancaq gördüklərimə cavab verirəm”.

Röya Ayxan Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan, lakin təxirə salınan 4 günlük “Nazlı” adlı konsertinin pandemiyadan sonra baş tutacağını qeyd edib:

“Biletini qaytarmaq istəyə də bilərlər. Mən hər gün üçün 80 min manat vermişəm. İşıq, arenda və s… Ümumi 300 min ödəmişəm. Bu konserti etməliyəm. Narahat olmayın, daha da möhtəşəm bir şəkildə baş tutacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm