Xalq artistindən Türkiyəyə DƏSTƏK - Azərbaycanlı məşhurlar onun çağırışına qoşulur
Bizi izləyin

Magazin1

Xalq artistindən Türkiyəyə DƏSTƏK - Azərbaycanlı məşhurlar onun çağırışına qoşulur

Xalq artisti Tünzalə Ağayeva bir neçə gündür davam edən yanğınlardan əziyyət çəkən Türkiyəyə dəstək nümayiş etdirib.

Publika.az xəbər verir ki, bu məqsədlə sənətçi yanan meşələrin yenidən bərpası üçün 100 ağac fidanı bağışladığını bildirib.

Yardım kampaniyası başladan ifaçı, həmkarlarına da çağırış edib:
"Qardaş Türkiyədə baş verən yanğınlar hər birimizi kədərləndirir. Orada meşələr, burada isə canımız yanır. Yanğını söndürməyə çalışanlara Allah güc versin. Uzaqdan bu yanğına mane olmaq mümkün deyil. Amma xeyriyyə yardımı “Challenge”inə qoşuluram. Meşələrin yenidən canlanması üçün 100 ağac fidanı da mən hədiyyə edirəm. Bu estafeti Zamiq Hüseynov, Abbas Bağırov və Murad Arifə ötürürəm" - deyə Xalq artisti bildirib.

Müğənni Zamiq Hüseynov həmkarının çağırışına səs verib və ona dəstək olub:
“Qardaş Türkiyəmiz ağır günlər yaşayır. Bunu kənardan izləmək bizim üçün çox ağırdır və ağrılıdır. Orada meşələr yanır, təbiət məhv olur, heyvanlar ölür, evimiz yanır, canımız yanır. Çalışan bütün qardaşlarımıza Allah kömək olsun. Meşələrin yenidən cablanması üçün də 100 ağac fidanı məndən... Siz də dəstək olun” -deyə, Zamiq, bildirib.

Aparıcı Lalə Azərtaş da Türkiyəyə 100 ağac fidanı bağışlayacağını açıqlayıb: “Türkiyə bizim evimizdir, canımızdır. Canımız, evimiz yanır. Günahkar cəzasını alacaq. Yanan meşələri bərpa etməliyik. Mən də 100 ağac fidanı göndərəcəm" deyə, o, qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm