Məşhur müğənni tamamilə dəyişdi - FOTO
Bizi izləyin

Magazin1

Məşhur müğənni tamamilə dəyişdi - FOTO

Türkiyəli müğənni Berksan keçirdiyi fransız asqısı adlı estetik əməliyyatla gündəmə gəlib.

Publika.az">Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, əməliyyatdan sonra foto paylaşan müğənninin bu addımı birmənalı qarşılanmayıb.

O, bu barədə “2-ci səhifə” verilişinə açıqlama verib:

“Bir anda verilən qərar deyil. Pandemiya dönəmində həddən artıq arıqladım. Arıqladığım üçün üzümdəki dəyişikliyi görmək istəmədim və əməliyyat olundum. Bu, kiməsə bənzəmək üçün edilmiş əməliyyat deyil.

Aynaya baxdığım zaman əvvəlki Berksanı görürəm. İlk fotom əməliyyatdan dərhal sonra çəkildiyi üçün fərqli görünür. Rəylərdə ən çox “Seda Sayana bənzəyib” sözləri güldürdü. Bir-birimizə qarışmamağı öyrənək. Qadınlar onu edərmi, kişilər onu edərmi? Qoyun, kim nə istəyirsə, etsin! Heyrət edirəm. Yeməkdən içkiyə, geyimdən danışığa qədər hər şey müzakirə olunur. İnsanlar çox asanlıqla belə qərarlar qəbul edə bilməzlər. Yaxın ətrafım bunu normal qəbul etdi, indi sağalma prosesindəyəm, evdəyəm. Vəziyyətdən razıyam. Bu qədər sevildiyimi bilmirdim. İki ay sonra məni görəndə “Berksan dəyişmisən” deməsinlər deyə paylaşdım”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm