Magazin1
İrəvanda təhdidlə üzləşən Xalq artisti: dedilər ki...
Ölüm sözündən heç xoşum gəlmir. Yəqin o söz o insanlar üçün yaxşıdır ki, artıq həyatdan beziblər. Mən həyatdan bezməmişəm. O qədər görəcəyim işlər var ki, təsəvvür belə edə bilməzsiniz. Sanki nəyəsə tələsirəm. Ailəmə, nəvələrimə nədəsə kömək etmək istəyirəm. Amma həyatın sonu var... O biri dünyaya inanıram, bilirəm ki, bir gün əcəl gəlib qapımı döyəcək. Deyəcək, Mübariz müəllim, durun, üzünüzü çevirin qibləyə, getdiniz...
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Mübariz Tağıyev MTV-də Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan “Üzə düz” verilişində deyib.
“Hərdən sual verirlər ki, sənət adamı səhnədən nə zaman getməlidir? Belə sual olar? Sənət adamı özü bunu hiss edir! Nə zamanki tamaşaçının zəhləsini tökdü, səssiz-küysüz deyəcək ki, getdim. Amma bunu heç kim istəmir. Özümüzü tez sahmana salıb qayıdırıq. Əgər tamaşaçını itirmisənsə, özünə qarşı soyuqluq hiss edirsənsə, getməlisən.
Qədim İrəvan şəhərində böyümüşəm. Azərbaycanlı olaraq orda müsabiqədə 1-ci yerə çıxmışam. Təsəvvür edin, səhnədə oxuyuram, ordan mənə səslər gəlir, əşi, bu türkün nə işi var burda? Eşidirdim axı bunları... Bütöv konsert proqramı çəkilir, mən orda yoxam. Adım çıxarılır. Adını da qoyurlar texniki problem... Bunu o qədər də yaralı qəbul etmirdim, adət etmişdim çünki. O ağrı-acını mənim ətrafım, valideynlərim, əzizlərim yaşayırdı...”, - həyatı haqqında danışan sənətçi etiraf edib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi








.jpg)






.jpg)




















.jpg)

.jpg)