Röya Ayxan oğlu haqda: "Atası ilə bu haqda çox danışırıq" - VİDEO
Bizi izləyin

Magazin1

Röya Ayxan oğlu haqda: "Atası ilə bu haqda çox danışırıq" - VİDEO

Xalq artisti Röya Ayxan ARB televiziyasında yayımlanan "Söhbət var" verilişində qonaq olub.

Publika.az">Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Röya Ayxan aktrisa Dilarə Əliyevanın "Sizi döyüşlərdən-döyüşlərə aparan cəsarətiniz, yoxsa məharətinizdir? sualına cavabda deyib:

"Hər ikisi var. Bilirsiniz nə zaman döyüşə qatılıram? Haqqımda düzgün söz-söhbət olmayanda... Məsələn, biri işlərimin alınmaması üçün nəsə planladısa, həmin gün əhvalım da qalxır, ideyalarım formalaşır və onun üzərinə gülməyə doğru gücüm formalaşır. Paxıllığımı çəkənlər məni aparırlar".

Xalq artisti valideynlərindən də danışıb: "Anam qardaşlarımla İstanbula köçdü. O mənim necə böyüdüyümü görmədi. Atam hər şeydə həyatımda iştirak edib, qalmaqalımda da, yaxşı günümdə də. Anam üç-dörd il əvvəl bir mağazaya gedib deyib ki, bu afişanı istəyirəm. Oğlan deyib ki, verə bilmərik. Anam isə cavab verib ki, mənim qızımdır. Bir də gördüm ki, ağlaya-ağlaya zəng vurub ki, mənə inanmadılar, sənin ananam. Cavab verdimki, niyə orada deyirsən, mənim anamsan. Mən sənə min şəkil göndərərəm, məni biabır etmə. İnsanlar yaşlaşıb uşaq kimi olurlar".

Bu gün 40 yaşını qeyd edən Röya Ayxan ad günü təəssüratlarını da bölüşüb: "Bu il mənim üçün başqa mərhələdir. Həmişə deyirdim ki, 40 yaşımı keçirməyəcəm. Sonra dedim ki, ad günümü qeyd edəcəm, ya qalacam, ya gedəcəm... Amma gedəndə də yaxşı işlərim qalar, qalsam önümdə yeni həyat açılacaq. Sənətimin arxasında daha möhkəm durmalıyam, övladımın bütün seçimlərində ona dəstək olmalıyam".

Röya Ayxan oğlu Hüseynin təhsilindən də danışıb: "İyulda 14 günlük Londona gedəcək. Atası ilə bu haqda çox danışırıq. Amma elə ölkənin üzərində duracam ki, orada dostlarım yaşayır".


Oxumağa davam et
Reklam
Reklam

Gündəm