Xalq artistindən İSMARIŞ: “Qonorarı da təşkilatçı xanıma yolladım, amma...”
Bizi izləyin

Magazin1

Xalq artistindən İSMARIŞ: “Qonorarı da təşkilatçı xanıma yolladım, amma...”

Moskva konsertindən təəssüratlarını bölüşən Xaql artisti Brilliant Dadaşova bildirib ki, qonorarını ödədiyi halda, videoqraflar ona kadrları göndərməyib.

Publika.az xəbər verir ki, o, bu barədə instaqramda məlumat yayıb. Sözügedən konsertdən telefonla çəkilən qısa videonu paylaşan sənətçi cazmen Stanislav Pinxasovla ifalarından söz açıb:

“Moskvada yaşayan və Azərbaycanı görmədən musiqimizə böyük rəğbət bəsləyən pianoçu-bəstəkar, cazmen Stanislav Pinxasovla Moskva konsertimdə ekspromt. O, mənim heyranım olduğunu deyib, sonra müşaiət etməyi xahiş etdi. Mən də məmnuniyyətlə ifa etdim. Böyük auditoriya artıq belə musiqiləri dinləməsə də, biz onu qoruyacayıq”.

Sənətçi daha sonra onu aldadan təşkilatçılara ismarış yollayıb: “Söz versələr də, heyf ki, Moskva konsertimdən görüntüləri bizə vermədilər və əlimizdə sadəcə telefona çəkilmiş az görüntü var. Halbuki, böyük bir yaradıcı çəkiliş qrupu çalışırdı. Qonorarlarını da təşkilatçı xanıma yolladım, amma xəbər çıxmadı ki çıxmadı…”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm