Xərçəngə tutulan müğənni danışdı - Beş il...
Bizi izləyin

Magazin1

Xərçəngə tutulan müğənni danışdı - Beş il...

Xərçəng xəstəliyindən əməliyyat olunan müğənni Zeynəb Həsəni səhhətindən söhbət açıb.

Publika.az xəbər verir ki, o, bu barədə “Zaurla Günaydın” proqramında danışıb.

“Şükür ki, indi hər şey yaxşıdır. Öhdəsindən gəldim. Tamamilə öhdəsindən gəlmək üçün müalicə olunmaq, güclü olmaq lazımdır. Hələ 5 il müalicə olunmalıyam. 21 dəfə şüa qəbul etmişəm, hər gün 5 dəqiqə bu proses davam edirdi. Mənim sinəmdə şiş aşkarlanmışdı. Oradakı xəstələrə baxırdım ki, ən asan, ən az məndə idi”, - deyə Zeynəb vurğulayıb.

Xatırladaq ki, müğənni bir müddət əvvəl Türkiyədə əməliyyat olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm