Magazin1
Ayselin vannada görüntüləri olay oldu - VİDEO
Müğənni Aisel (Aysel Məmmədova) sözləri və musiqisi özünə aid olan "Yağış" mahnısını və klipini təqdim edib.
Publika.az xəbər verir ki, aranjimanı Emin Kərimə aid olan mahnıda müğənnini tarda tanınmış tarzən Şəhriyar İmanov müşayiət edib.
Klipin rejissoru Vankuver Beynəlxalq Film Festivalında “İlin ən yaxşı qısametrajlı filmi” kateqoriyasında qalib gələn Meran İsmailsoydur. Meran klipə bir film olaraq yanaşıb, eyni zamanda Aiselin aktrisalıq məharətini ekranlaşdırmağa çalışıb.
Yağışdan bəhs edən kompozisiyada ulduzun tərəf müqabili rolunda xoreoqraf və aktyor İsmayıl Məmmədzadə çəkilib. Onun plastik buzla doldurulmuş vannada görüntüləri xüsusilə diqqət çəkib.
Müğənni mahnı haqqında fikirlərini belə ifadə edib:
“Bu il dinləyicilər həm ifa olaraq, həm də görüntü olaraq başqa bir Aisel görəcəklər. Keçən il “SS production”la “Şuşa” musiqili-qrafik layihəsini təqdim etdikdən sonra qərara gəldik ki, işbirliyimizi albomla davam etdirək. Albomdan ilk sinqlı sizə təqdim edirəm. Sevgini, ayrılığı, həsrəti özündə birləşdirən mahnıya çəkilən klip 2 gün ərzində lentə alınıb. Klip üzərində 25 nəfərlik çəkiliş qrupu iştirak edib. Ümid edirəm ki, bu mahnı soyuq havada sınıq qəlblərə məlhəm olacaq”.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO




















.png)






.jpg)










