Magazin1
Şəhriyar Oksana haqda danışdı: "Hər ikimiz başa düşürük ki..."
"Fevralın 8-də "Park Cinema"da "Evdə qalmışlar” filminin qala gecəsi baş tutacaq. İnanıram ki, film maraqlı olacaq. Azərbaycanın gündəmini zəbt edəcək. Ona görə ki, hər kəsin evində kimsə evdə qalıb. Bu evdə qalmışların yaralı yeridir. Həmçinin tərpənmək və tərpətmək istəyənlərin də... "Evdə qalmışlar" filmi həm qızlara, həm də oğlanlara aiddir. Filmdə mənə də deyirlər ki, niyə evlənmirsən? Kəmalə Piriyevanın anası obrazını canlandıran Mehriban Xanlarova isə qızına deyir ki, 30 yaşında evdə qalsan bu evdən qan çıxacaq".
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında "Evdə qalmışlar" filminin nümayişinə hazırlaşan aparıcı Şəhriyar Əbilov deyib.
O, "Niyə keçmiş həyat yoldaşınız Oksana Rəsulovadan ayrıldıqdan sonra ictimaiyyətə evli olduğunuzu açıqlamışdınız" sualına "Bu haqda danışmaq istəmirəm. Hamı bilir ki, boşanmışam", - deyə cavab verib.
Aparıcı "Bəs, ikinci dəfə evlənməyi düşünürsünüz" sualına isə belə cavab verib: "Həyat davam edir, hər şey ola bilər. Qismət... Hazırda həyatımda heç kim yoxdur".
Aparıcı qız atası olmaq arzusunu da dilə gətirib: "Məmuniyyətlə, qız atası olmaq istərdim. Çox vaxt deyirlər ki, atalar qızlarını, analar oğullarını çox istəyir. Amma bu düzgün düşüncə deyil. Azərbaycanda atalar bir az övladlarına qarşı soyuq olurlar. Gərək ata övladına isti münasibət göstərsin, dost, övladının yanında olsun. Bu zaman hər şey qaydasında olacaq".
Şəhriyar Əbilov oğlu Osmandan da danışıb: "Hər gün oğlum Osmanla görüşürəm. Hər ikimiz başa düşürük ki, övlad valideyn qayğısı görməlidir. Bu bütün valideynlərə bəxş olunur. Mütləq övladınıza sevginizi artırın".
Qeyd edək ki, Şəhriyar Əbilov Oksana Rəsulova ilə evli olub. Keçmiş cütlüyün Osman adlı oğlu var.
-
ABŞ10:46Tramp Ankaradan Vaşinqtona niyə köhnə təyyarə ilə qayıdıb?
-
Region10:34Pezeşkian erməni dilində paylaşım etdi: Dürüst qonşusunuz - FOTO
-
Region10:22Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir
-
İdman09:13Xusanovun toy gecəsində nə baş verib? – Gecə saat 4-də…
-
Dünya08:10ABŞ İrana yeni zərbələr dalğasının başa çatdığını açıqladı - 90 hədəf vurulub
-
Ekologiya07:55Azərbaycanda ildırımvurma halları niyə çoxalıb? - Video
-
Dünya03:18Liderlər Türkiyədə bu yeməklərə valeh olublar - Tramp resept istəyib
-
Dünya02:08İran atəş altında - Tramp görüntüləri yaydı













_-_copy.jpg)























