Magazin1
Xalq şairindən kəskin sözlər: "Ailə dağlırsa, günah başqa qadının... " - VİDEO
Evlənəndə 32 yaşım var idi. Evim, stabil maaşım da var idi. Ayaq üstə dayanmağı bilirdim. İnsan müstəqil olanda evlənməlidir. Cavanlar evlənəndə valideynlərdən nə qədər uzaq yaşasalar, bir o qədər səmimi, mehriban olarlar. Çünki bir də görürsən aranı qarışdırırlar. Qayınana gəlini alınca, onun qapısına gedincə bəh-bəh olur, sonra başlayırlar bir-biri boğmağa. Nolub axı? Hər iki tərəfin valideyni düşünür ki, mənim övladım bundan yaxşısı ilə evlənə bilərdi.
Publika.az xəbər verir ki, bu sözləri bu sözləri Xalq şairi Vahid Əziz Mtv-də Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan "Düzünə qalsa" verilişində deyib. Ailədaxili münaqişənin səbəblərindən söz açan şairin qadınlar haqqında səsləndirdiyi fikirlər isə müzakirələrə səbəb olub.
"Qadınlar bir-birinə hörmət etməlidirlər. Ailə dağılırsa, onu dağıdan o biri qadın olur. Əgər kişi xanımını atıb başqa qadın yanına gedirsə, bu sevgi deyil. O biri qadının bu birisinə qarşı etdiyi iblislikdir. Qadın qadının ləyaqətini qorumalıdır. Qadın o birisini yiyəsiz, evsiz, ərsiz qoymamalıdır.
Düzdür, bu gün boşanmaların sayı çoxalıb. Ailədə subardinasiya pozulduğuna görə dağılır. İllərlə bir evdə yaşayırlar, zaman gəlir qadın kişiyə qarşı kobudluğa başlayır, artıq bu, onu yorur. Kişi də eynisini edir, hörmət itir. Ailədə qadın-kişi münasibətlərində qadın bilməlidir ki, bu kişidir. Bizim qanunlarda bəzi şeylər dəyişməlidir. Deyək ki, ailə dağıldı 2 uşaq qadınla qaldı. Əmlak də hər iki tərəfə bölünür, bəs bu iki uşaq nə etsin? Sən evin, maşının yarısı ilə getdin sevgilinlə yaşamağa bəs bu iki uşağın gələcəyi?!
Qadın həm də özü özünə dəyər verməlidir. Özünü alçatmamalıdır. Satmamalıdır ki, ləyaqətsizliyə aparmasın. Kişinin də vəzifəsi o qadını qorumaqdır. Amma qadın özü özünü alçaldırsa, sən ona nə cür dəyər verə bilərsən?!", - Xalq şairi bildirib.
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onlarla aranızda bəzi gərginliklər ola bilər
-
Magazin16 Oktyabr 23:36
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
-
Kriminal6 Oktyabr 23:00
Buzovnadakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Magazin16 Oktyabr 22:48
“Yalı çapkını”na görə Ülviyyəyə QADAĞA QOYULDU
-
İdman6 Oktyabr 22:36
Azərbaycanın güllə atıcısı dünya çempionu oldu
-
Avropa6 Oktyabr 22:00
Durovun sevgilisi həmin vaxt hamilə imiş, amma... - FOTO
-
Banklar 6 Oktyabr 21:00
Kredit kartları ilə bağlı YENİLİK: verilmə qaydaları sərtləşdirilə bilər - VİDEO
-
Art6 Oktyabr 20:36
Türk ulduzun Bakıdakı monotamaşası anşlaqla qarşılandı - FOTO