Magazin1
Rəşad Dağlı ilə bağlı YENİ QƏRAR - VİDEO
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.
Publika.az xəbər verir ki, bu barədə "Report"a meyxanaçının vəkili Elvin Əliyev məlumat verib.
Onun sözlərinə görə, bu gün Qaradağ Rayon Məhkəməsinin hakimi Günay Həşimovanın sədrliyi ilə keçirilən prosesdə R.Dağlının həbs müddətinin uzadılması barədə qərar qəbul edilib.
xxx
Qətl törətməkdə təqsirləndirilən Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəməsi başlayıb.
Proses Qaradağ Rayon Məhkəməsində hakim Günay Həşimovanın sədrliyi ilə keçirilir.
11:52
Qətl törətməkdə təqsirləndirilən Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ rayon məhkəməsinə gətirilib.
Publika.az Report-a istinadla xəbər verir ki, prosesə hakim Günay Həşimova sədrlik edir.
Bu gün məhkəmə meyxanaçının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar verəcək.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı






_(1).jpg)



.jpg)



























