Magazin1
"Onlar meyxanada həddini aşdı” - Namiq Qaraçuxurlu
Meyxanaçı Namiq Qaraçuxurlu MTV-də yayımlanan “Səhərin səsi” proqramında qonaq olub.
Publika.az xəbər verir ki, sənətçi meyxananın hazırkı vəziyyətindən danışıb:
“Meyxana çox geriyə gedib. Baxır hansı bucaqla baxırsan. Sırf meyxanadan söhbət gedirsə, trenddədir, istedadlı meyxanaçılar çıxıb, camaat həddindən artıq sevir – kişilər daha çox. Mənim baxışımdan baxanda çox geriyə gedib. Hətta, mənim çəkdiyim əziyyət də hədər olub. Çünki mənim dövrümdə xanımlar daha çox idi. Konsertlərimdə 80-90% xanımlar gəlirdilər. Bir neçə dəfə mübahisəli məqamlara baxmışam. Meyxananı tənqid edən adamlarla ifaçılar üzbəüz otururlar. Fakt kimi onların qabağına qoyublar ki, meyxana məclislərinə niyə qadınları buraxmırlar? Bunu meyxanaçılar da o qədər unudub ki, qəbul ediblər. Onların heç yadına düşmür ki, elə bir dövr olub ki, meyxana konsertlərinə qadınlar daha çox gediblər. Bunu yutubda da tapa bilərsiniz. Ona təəssüflənirəm ki, o publika getdi. Çünki meyxanada müəyyən həddlər aşıldı. Cavan uşaqlar kriminal elementlər, pis vərdişlərdən meyxana dedilər, bir az söyüş oldu. Belə-belə aləm dəyişildi. Bir neçə cavan gəldi ki, onlar həm yaxşı meyxana deyirdilər, həm də yaxşı populyarlıq qazanmışdılar. Amma onların düşüncəsində problem oldu. Dedilər ki, populyar olmuşam, indi nəsə etməliyəm. Həmişə gördüyü yox, yeni bir şey. Onlar düşündülər ki, populyar olmuşam, toylar çoxalıb, qiymətimi qaldırım. Mən meyxana deyirdim, toylara gedirdim, eyni zamanda albom işləyirdim. Hamı çayxanaya gedirdi, mən evə gedib yazırdım, pozurdum. Bilirdim ki, nəsə etməliyəm, mənim indi etdiyimi məndən öncə hamı edib. Albom, sonra klip, rəvayətim çıxdı, qazancım çoxaldı, konsert etdim. Mən düşünsəydim ki, nəyimə lazım, pulumu qazanım. Onda heç nə olmayacaqdı. Bizim bəzi gənclərimizdə bu baş verdi”.
Qaraçuxurlu hazırda dəbdə olan musiqili meyxana ilə bağlı da fikirlərini bildirib:
“Məndən öncə də musiqili meyxana var idi, amma mən bir az aranjiman, kliplə etdim. Təzə bir janr yaranıb, ondan qorxmaq lazım deyil. Bayağılardan danışmıram. Ona ad qoyulmalıdır. Savadlı insanlar yeni çıxanları baltalayırlar, amma bu, reallıqdır. Düşünüb buna ad qoymalıdırlar. Düşünürəm, amma ad tapa bilmirəm, bir neçə dostuma demişəm ki, fikirləşsinlər. Yeni janr yaranıb, düş qabağa, buna ad qoy. 100-200 il sonra desinlər ki, filankəs belə bir janra ad qoyub”.
-
Dünya02:08İran atəş altında - Tramp görüntüləri yaydı
-
Qoroskop01:40Günün ulduz falı: yeni tanışlıqlar üçün uyğun vaxtdır
-
ABŞ00:45ABŞ İrana zərbələr endirir
-
ABŞ8 İyul 22:46İran ona qarşı sui-qəsd planlayır? - Trampdan iddia
-
Hadisə8 İyul 22:32Bakının mərkəzində bina yanır - Foto
-
MDB8 İyul 20:36Rusiya diplomatı Litva XİN-ə çağırıldı
-
Elm və təhsil8 İyul 19:40Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!
-
Ekopublika.az8 İyul 19:10Bakıda daşınmaz əmlak qiymətləri ən çox hansı ərazidə artıb? - İyunun statistikası














.jpg)






















