Magazin1
“Faiq, Röya, Aygün nə vaxtdan sənətkar olub?” - "Utanmaz!" - VİDEO
Space” telekanalında Rövşanə Bektaşinin təqdim etdiyi səhər verilişində gərgin anlar yaşanıb.
Jurnalist Tahirə Məmmədlinin Xalq artisti Faiq Ağayevi sənətkar adlandırması müğənni Əli Mirəliyevi "cin atına mindirib".
Verilişin aparıcısı Rövşanə Ağasəfqızı nə qədər çalışsa da, müğənnini sakitləşdirə bilməyib. Daha sonra Əli Mirəliyev efiri tərk edib.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Əli Mirəliyev sərt sözlər işlədib:
“İllərdir oxuyan sənətçilərimiz var, görün bu gün onları yada salan, fəxri ad verən, efirlərə çağıran varmı? Bu gün Akif İslamzadə, Firuzə İbadova, Cavanşir Məmmədov Xalq artisti deyil.
Jurnalist kimdir ki, sənət haqda fikir bildirir?! Jurnalistin nə ixtiyarı var ki, sənət aləminə başını soxsun və kiməsə sənətkar desin? Miri Yusif bu gün Xalq artistidir, o hansı sənətin sahibidir? Miri Yusif hansı Azərbaycan musiqisini, xalq mahnısını oxuyub? Gecə klublarında oxumaqla xalq artisti adı almaq olar?! Bu, haqsızlıqdır. Bəzi jurnalistlər müğənnilərdən pul alıb başlayırlar hər yerdə onu tərifləməyə, sənətkar adlandırmağa. Ona görə əsəbləşib efiri tərk etdim. Əgər kimsə qonaq olduğum verilişdə sənəti olmayan adamı sənətkar adlandırırsa, buna necə dözüm? Mən dözə bilmirəm, o boyda sənətkarlarımız heç bir fəxri ad almadı, çoxsu almamış bu həyatdan köçdü. Mənim 74 yaşım var, nə qədər sənətkar görmüşəm, bu mənə çox pis təsir edir, necə ola bilər ki, siz onların heç adlarını yada salmırsınız, amma Faiq Ağayevi, Miri Yusifi, Aygün Kazımovanı, Röyanı sənətkar adlandırırsınız… Bunlar hardan sənətkar oldular? Ola bilər Xalq artistisən, balaca bir kağız alasan, lakin bunun sənətə dəxli yoxdur. Sənətkar belə olmur. Hərəsi bir yolla o adı alıb, birinin qohumu-tanışı var, biri pul verib. Sənətkara o dəyəri xalq verir. Sən Tahirə, musiqişünas deyilsən ki, Əli Mirəliyevin qabağında deyəsən ki, filankəs sənətkardır. Ay qız, sən hara, sənət hara? Hamı öz sahəsində danışmalıdır. Tahirə mənim dostumdur, amma nə olsun, axı düz danışmır. Efirə milyonlarla tamaşaçı baxır, sabah deyəcəklər ki, Əli Mirəliyev oturdu efirdə heç cavab da vermədi. Sabah Akif İslamzadə ilə üzbəüz gələndə Akif mənə deməzmi ki, Əli, niyə cavab vermədin? Mən efirdə buna sakit qala bilməzdim, sözümü dedim və durub efirdən getdim”.
Müğənni hələ verilişdən öncə efirdən getmək istədiyini açıqlayıb:
“Rövşanə Bektaşi mənim dostumdur, onun xətrini çox istəyirəm, uzun illər bir yerdə işləmişik, amma bu düzgün deyil. Əgər sən məni verilişə dəvət etmisənsə, belə şeylər yaşanmamalıdır. Tahirə orda danışır mən dayanıb gözləyirəm ki, sözünü bitirsin sonra cavab verim, amma o dayanmır, “dır-dır maşını” kimi dayanmadan danışır. Ay qız, bir dayan, həm yaşda, həm sənətdə səndən böyüyəm, təcrübəliyəm, imkan ver sözümü deyim də. Axı sən kimsən?!
Mən hələ efirə dəvət olunmamışdım, Tahirə isə artıq orda danışırdı. Arada hörmət olmalıdır, 74 yaşında adama sən hörmətsizlik edirsən. Gördüm ki, bu qız dayanmır, aparıcı da müdaxilə edib məni efirə dəvət etmir, dayanmışam qapıda gözləyirəm, axırda çıxıb gedirdim. Qonağa belə hörmət edirsən? Qonağı qapının kandarında saxlayarlar? Rövşanə gördü ki, artıq çıxıb gedirəm tez efirə dəvət etdi. Mən pavilyondan çıxmışdım dalımca düşdülər çağırdılar, gəldim. Gəlməyimə də peşman oldum, gəldim gördüm “dır-dır maşını” dayanmır. Bir saxla da, bəlkə düşən var? Tahirənin musiqidən danışmağa haqqı yoxdur! Əzizim, axı sən kimsən? Ağzına nə gəldi danışırsan. Musiqidə sən heç kimsən! Deyir Faiq Ağayev gözəl sənətkardır. Qəsdən deyir ki, qalmaqal salsın. Mən də dedim ki, gözəl oxuyan ola bilər, amma Faiq sənətkar deyil. Musiqidən xəbərin olmadığı halda nə qədər Faiqi efirdə tərifləmək olar? Belə olmaz. Canlı yayımdır, hamı bizə baxır. Mən orda cavab verməsə idim, nə yerinə qalardım? Camaat deyərdi tfu sənin sifətinə, Əli Mirəliyev. Faiq Ağayevə sənətkar deyirlər özü də baxmayaraq ki… Nəysə. Dilim-dilim olasan, dilim. Özünüz başa düşdünüz mən nəyi demək istəyirəm. O adama efirdə sənətkar deyir. Utanmaz!”
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər