Magazin1
Xalq artistinin oğlu atasının seyfindən 25 min dollar oğurlayıb
"Siz elə bilməyin ki, Siyavuş Aslanın böyük oğlu Çingiz Aslana diqqət olmayıb. Onun heç diqqətə ehtiyacı da yox idi. Siyavuş bəlkə də bu qədər aktyorun arasında ən imkanlısı və varlısı olub".
Publika.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı Elgiz Əkbərin qonağı olarkən deyib. Aktrisa mərhum Xalq artisti Siyavuş Aslanın küçədə yaşayan oğlu Çingiz Aslandan danışıb. A.Bəşirqızı bildirib ki, Ç.Aslan atasının 25 min manatını oğurlayıb:
"Siyavuş Aslan dünyasını dəyişdikdən sonra mülkləri qaldı. Sizi maraqlandıran bir çox məsələləri zamanında gizlətmişik. Təbii ki, hər şeyin həddi var. Biz hər şeyi açıb deməmişik. Amma indi deyirəm. Funikulyorun yanında məşhur kafenin aşağısındakı 600 min kvadratmetrlik sahə onun idi. Oranı milyon yarıma satdı. Siyavuş Aslanın Dənizkənarı Milli parkla üzbəüz, Akademik Musiqili Teatrının yanında evi vardı. 8 qonşunu köçürüb, o evləri almışdı. Bundan əlavə, həyətdə evi vardı. Siyavuş hər zaman öz ailəsinə, uşaqlarına qarşı çox diqqətçil olub. Sadəcə, belə oldu. O qədər övladlarını əzizlədi ki, axırda da belə oldu.
Onun Eldar adlı digər övladı başını götürüb Türkiyəyə qaçdı. Ağıllı oğlandır. Amma Çingiz belə oldu. Ona Elgiz özü və başqa-başqa oğullar yardım əlini uzadıb, maddi köməklik ediblər. 23 dəqiqəyə atasının başının altından seyfin açarını götürərək açıb, 25 min dolları götürüb. O evdən çıxanda Siyavuş bunu bilib. Bulvarla Siyavuşun evinin arasında o səkidən bu səkiyə kiçik yoldur. Siyavuş onun arxasınca adam göndərdi. Çingizi tutanda artıq götürdüyü 25 min dollar yox idi".
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var






.jpg)

.jpg)


.jpg)

























.jpg)


