Magazin1
Bu il Azərbaycana icazə verilməyib... - FOTO/VİDEO
“Best model”in təşkilatçısı Erkan Özerman yarışmanın bu il Azərbaycanda keçirilməsinə razılıq verməyib.
Publik.az xəbər verir ki, bununla bağlı müsabiqənin milli direktoru Elxan Paşayev “Elgizlə İzlə” verilişində danışıb.
Bundan sonra proqrama Parisdə müalicə olunan Erkan Özerman telefonla bağlanıb. O, bu addımı atmağının səbəbini açıqlayıb:
“Mən Azərbaycanda “Best model”in ən yaxşılarını, uğurlularını məşhur sənətçilər, mühüm şəxslərlə etdim. Azərbaycan mənim üçün çox önəmlidir. Sizin ölkənizdən çıxan birincilər böyük ödüllər qazandı. 36 il ərzindəki işlərdən çox məmnun idim. Keçən il də bir müsabiqə oldu. Lakin bu il üçün kiməsə icazə evrib, müqavilə imzalamadım.
Eşitdiyim qədəri ilə ötən il yarışmanı edən şəxs heç bir icazə almadan müsabiqəni elan edib. Mənimlə və vəkilimlə danışdı. Dedi ki, niyə bizim icazəmiz olmadan başladın. Gələrsən, danışarıq, istədiyimiz şəkildə edəcəyindən əmin olandan sonra biz səndən bu haqqı verərik. Lakin danışmadan öz-özünə anons edib, bunu etməyin yanlışdır. Ona görə də etdiyin yarışma keçərli olmayacaq. O da bizdən möhlət istədi ki, iyunun 15-nə qədər Türkiyəyə gəlib, sizinlə görüşəcəyəm. Ayın 16-da zəng edib soruşarsız ki, məndən icazı alıbmı. Alıbsa, yarışmasını edər. Əks halda, onun müsabiqəsi keçərli olmaz, modeli dünya yarışında yer almaz. Biz də başqa yollarla Azərbaycanın yarışa qatılması üçün əlimizdən gələni edərik”. (OLAY)
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı