Magazin1
Əri azərbaycanlı blogerin lüt fotolarını yaydı - VİDEO
Bloger Günay Mehdiyeva keçmiş əri Fərdi Əliyevin onun videolarını və nömrəsini telegram kanallarında yayması ilə bağlı "İnstagram" hesabında paylaşım edib.
Publika.az xəbər verir ki, o, əri ilə ayrıldığını və şantaja məruz qaldığını açıqlayıb:
"Biz ayrılmışıq. Bundan əvvəl də dəfələrlə ayrılmışıq, səbəbi də xəyanət olub. Amma mən onu bağışlamışam, çünki onu sevmişəm. Mən başqaları kimi gecə həyatı yaşamıram, sosial şəbəkəni də övladıma görə işlədirəm, çünki başqa iş yerim yoxdur. Reklam çəkilişlərinə getsəm də, saat 5-də evdə oluram. Amma bu gün mənim o şəxsə (əri) atdığım şəxsi şəkillər, nömrəm "Telegram" kanallarında gəzir. Mənə deyir ki, səni bütün Azərbaycana biabır edəcəyəm. Sabah mənim başıma nə isə gəlsə, özümə nə isə etsəm, bilin ki, o insana görə etmişəm. Çünki o insan mənim həyatımı, gəncliyimi məhv etdi. Mən artıq son həddə çatmışam. Artıq təkbaşına heç nəyi bacara bilmirəm. Məndən əl çək! Zatən həyatımı, ailəmi məhv etmisən, niyə bir də bunları edib məni ölümə sürükləyirsən?! Mən gedib özümü öldürsəm, şəkillərim yayılsa, nömrəmə minlərlə adam zəng vursa, kimin əlinə nə keçəcək? Həqiqətən son həddəyəm... Bunu edən mənim öz həyat yoldaşım, uşağımın atasıdır".
Blogerin ağlayaraq paylaşdığı həmin görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq ciddi müzakirələrə səbəb olub.
Daha sonra bu haqda açıqlama yayan Fərdi Əliyev iddiaları təkzib edib:
"Mən Günayı sevərək ailə qurmuşam, bu günə qədər çox dalaşmışıq, ayrılıb-barışmışıq, amma bu son idi. Haqqımda deyirlər ki, guya mən nələrsə paylaşmışam. Belə bir şey yoxdur. Kim nə yazırsa yazsın, maraqlı da deyil. Mən hərbi xidmətdəyəm, burada qızımı, sizi, Vətənimi qoruyuram. Mənə belə söz-söhbətlər lazım deyil, buna ehtiyacım da yoxdur. Ön cəbhədə düşmənlə üzbəüz yerlərdə xidmət edirəm".
xxx
Fərdi Əliyev şəxsi sosial şəbəkə hesabında məsələyə münasibət bildirib.
O, həyat yoldaşı Günayın dediklərinin doğru olmadığını deyib:
"Mən də çıxıb çox sözlər deyə bilərəm, məni tanıyan tanıyır, tanımayan da tanımasa yaxşıdır. Mən heç kimi şantaj etməmişəm. Mənim tək bir istəyim olub, o da mənim adıma ləkə gəlməməyidir. Mən heç kimin nömrəsini də paylaşmamışam. Belə söhbətin içində olduğuma görə, özümdən utanıram.
Yenə də canı sağ olsun, mən yenə də onu çox istəyirəm. Baş verənlər bizim ailəvi söhbətimizdir. Mən əvvəldən sosial şəbəkələrə girməklə səhv etmişdim. Bataqlığın içindən çıxa da bilmədim. Mən əsgərlikdə olanda da "Tiktok”a görə çox problem yaşamışdım. Hər kəs dalımca danışırdı ki, "o oğlan tiktokerdir”. Başqa bir səbəbdən Azərbaycan mentalitetinə uyğun olmadığı üçün, hər kəs deyirdi ki, sən yoldaşınla videolar çəkib paylaşırsan. Buna baxmayaraq, mən hər kəslə əlaqəmi yaxşılaşdırdım, indi hamı ilə əlaqəm əladır. Bilirəm ki, ətrafımda olan hər kəsin bu söhbətdən xəbəri var, amma heç kim mənə heç nə demir. Niyə? Çünki bilirlər ki, Fərdi elə oğlan deyil. Mən əsgərəm və düşmənlə üzbəüz Vətənə xidmət edirəm. İnsanlar bu danışıqları ilə mənə psixoloji təzyiq göstərir. Bir daha bu söhbətlərdə adımın hallanmağını istəmirəm”.(azxeber.com)
Ətraflı videoda:
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO






.jpg)

.jpg)







.jpg)




















.jpg)


