Magazin1
Şəmkirdə eyni toyda olan Günel Ebrunu yıxıb-sürüdü: "Bu, neçənci pisliyindir?" - VİDEO
09:54
Bilmirsiniz, yox əşi hamımız bilirik... Ruzi verən Allahdır, təbii ki, qarşısı alınmaz. Əngəl olanların bu dünyada cəzası böyükdür. Mən bu 25 illik sənət həyatımda heç kimi qısqannadım, ruzisini kəsmədim, düşmənçilik belə etmədim.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial mediada yazıb. İfaçı sosial media üzərindən keçmiş nişanlısı Rza Zərrabın keçmiş həyat yoldaşı, məşhur müğənni Ebru Gündeşə ismarış yollayıb. Məlum olub ki, dünən Şəmkirdə lüks villada baş tutan toyda Genel Zeynalova da səhnə aldığı üçün Ebru Gündeş toyda oxumaq istəməyib. İnstaqramda toydan görüntülər paylaşan Günel sözlərinə belə davam edib və Ebru haqqında çox kəskin sözlər yazıb:
"Sən həyatımdakını bilə-bilə gizləyən, duyulmasın deyə özünü saf göstərən, müxbirlərə pul yedirən, hələ də nəyin davasını aparırsan? Nə istəyirsən? Olan olub, keçən keçib. Amma sən pis qəlblisən! Pissən! İllərin təcrübəli ifaçısı? Nə oldu? Dəvət edildin, qorxdunmu? Qorxma, biz qonaqpərvər xalqığ. Azərbaycan xalqı olaraq gələn qonaqlara pislik etmərik, bilirsən...
Keçmişdir, adı üstündə keçmiş. Mən narahat olmadım səndən. Sənin heyətin 25-30, fərq etməz, mənim qrupum isə 15 nəfər bərabər çörək pulu qazanır. Heçmi vicdanı sızlamaz insanın? Təbii, insan olanın. Əngəl olmaq böyük günahdır. Bu, neçənci pisliyindir? Günahlarının cəzasını Allaha həvalə etdim, kim mənə nə yanlış edibsə, Allah versin cəzasını. Amin. Bu səhnə 3 iyul səhnəmizdir. Əsli isə 4 iyulda olacaqdı. Narahat olmuş, eyni səhnədə olmaq istəməmiş... Amma birinci bəllidir, ikinci kim? Davam, parıldayaq".
Qeyd edək ki, Günel əvvəllər Rza Zarrabla nişanlı olub. İş adamı Günelə müğənni Ebru Gündeşlə xəyanət edib və onunla evlənib. Bu səbəbdən uzun illərdir ifaçılar arasında küsülülük var.
Ebru ilə Rzanın da evliliyi uzun çəkməyib, onlar boşanıblar. Müğənni Hadisənin hazırda Amerikada yaşayan Rza ilə münasibətdə olduğu iddia edildikdən sonra cütlük boşanmağa qərar verib.
-
Dünya15:12Trampı Türkiyədə raketlə vuraq - İranlı deputatdan şok çağırış
-
Nida Xəbər 14:28Zakir Həsənov onları təltif etdi - FOTO
-
Dünya13:20Tramp Ankarada elan etdi: İranla atəşkəs bitdi
-
Dünya12:38Ankarada şam yeməyində Trampın kefi kök olub – Mertsin həyat yoldaşı ilə...
-
İdman12:20Di Kaprionun keçmiş sevgilisi DÇ-də Messini belə dəstəkləyir - FOTO
-
Nida Təhlil 11:02Trampın Türkiyə səfərinin pərdəarxası: Regionda nələr dəyişir?
-
MDB10:14Əlacsız qalan ruslar benzini evdə hazırlayırlar: Əhaliyə xəbərdarlıq edildi
-
Dünya09:25Almaniyadan Türkiyə həmləsi: Etiraf etdilər ki...













.jpg)

















.jpg)






