Magazin1
Kemal Mustafadan yeni açıqlamalar: “Cavanşir Məmmədovun qızı ilə..."
Əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirənin keçmiş sevgilisi, Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqal davam edir.
Publika.az xəbər verir ki, "Təsir dairəsi" verilişinə gələn Mustafa Xatirənin onu aldatdığını, onunla ailə quracağını deyərək, bahalı hədiyyələr aldırtdığını iddia edib.
C.Məmmədov Mustafanın dediklərini inkar edərək, qızının onunla heç bir əlaqəsi olmadığını söyləyib.
Mustafa "Cavanşir bəy, bizim Xatirə ilə molla kəbini var. Özü də iki dəfə kəbin etdik. Burada da olub, Türkiyədə Sultan Ahmed məscidində imam nikahımız olub. Bununla bağlı səs yazılarımız da var" deyə, söyləyib.
C.Məmmədov isə "Varsa, sübut et" cavabını verib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. Mustafa "Təsir dairəsi"nə gələrək yardım istəyib.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO






.jpg)

.jpg)








.jpg)















.jpg)


