Magazin1
Elariz yayılan intim görüntülərindən danışdı - Video
“Bu sənətə gəldiyimə görə, heç zaman peşman olmamışam. 10 yaşım olanda atam məni musiqi məktəbinə apardı. Musiqi məktəbində 5 il təhsil aldım, savadlandım. Sonra vokal dərsləri aldım, ardınca xor dərnəyində solist oldum. Daha sonra Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub, rejissorluq və aktyorluq sənətinə yiyələndim. Bir sözlə, 10 yaşımdan mən səhnə adamıyam. Hər zaman işlərim uğurlu olub”.
Publika.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri videozəng vasitəsi ilə “Xoş gəldim” verilişinin canlı efirinə qoşulan illər əvvəl “Green card” udaraq, ABŞ-a köçən müğənni Elariz Məmmədoğlu deyib.
Okeanın o tayında yaşayan sənətçi gənc yaşlarında internetə yayılan intim videosundan söz açıb. Məmmədoğlu bildirib ki, həmin görüntülərini dost olan düşmənləri yayıb:
“Paxıl insanlara da hörmət edirəm. Çünki onlar xalqımın övladlarıdır. Neyləmək olar? Bu, onların xasiyyətidir. Paxıllıq bir xəstəlikdir. Çalışsınlar, bu hissi ürəklərindən silsinlər. Badalaq gələnlər də çox olub. Amma Allah hər zaman mənə komək edib.
İllər əvvəl intim videolarımı internetə yayan insanların kimliyi haqda dəqiq bir məlumatım yoxdur. Dost olan düşmənlər, yəni belə də onları adlandırmaq olar. Hər şeyi Allaha tapşırmaq olmaz, çünki onun işi çoxdur”.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






.jpg)

.jpg)





























