Magazin1
Yevlax görüşünə meyxana yazan Rövşən: "Eşitmişdim ki..." - VİDEO
"Gündəmlə ayaqlaşmaq üçün istedad lazımdır”.
Publika.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında meyxana ifaçısı Rövşən Binəqədli senyabrın 20-də Qarabağda lokal antiterror tədbirlərinin aparıldığı zamanda sosial şəbəkələrdə yayılan "Yevlaxa gələrsiniz” adlı ifasından danışarkən deyib.
Meyxanaçı həmin vaxt Ağdamda olduğunu bildirib:
"Gəldim Bakıya, dostum müəllim mənə müraciət etdi ki, təxminən belə bir ifa lazımıdr, edə bilərsən? Dedim çalışaram, başladım deməyə, bir qafiyə deyən kimi, ardı özü gəldi, baxdım ki, əla alınıb”.
"İfanızda ən çox diqqət çəkən məqam "Döyüşmədiniz, qorxurdunuz ölərsiniz, peşman olub, Yevlaxa belə gələrsiniz” qafiyəsi idi. Qarabağda yaşayan erməni sakinlərinin nümayəndələri ilə görüşün Yevlax şəhərində keçiriləcəyinə dair məlumatlı idinizmi” sualına meyxanaçının cavabı belə olub:
"Eşitmişdim ki, belə bir görüş olacaq. Hər şey də ondan qaynaqlandı. Beləlikə, ifa etdim və özümə də ruh verən bir əsər yarandı".
Rövşən Binəqədli sonda həmişə belə movzularda ifaları olacağını bildirib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






.jpg)

.jpg)


















.jpg)









